“Statoil” şirkəti adını dəyişdirib

Norveçin enerji nəhəngi “Statoil” şirkəti adını “Equinor” olaraq dəyişdirib.

Frame.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb. Bildirilir ki, şirkət təkcə neft şirkəti deyil və enerjinin bütün sahələrində çalışır.

Şirkətin yeni adı ingilis dilinə “bərabər” sözü kimi tərcümə olunan “equal” Norveçin adının ilk 3 hərfindən “nor” sözlərinin birləşməsindən yaranıb.

Şirkətin baş icraçı direktoru Eldar Saetre deyib: “Dəyişən dünya düzənində “Statoil”un da adı dəyişib. Beynəlxalq arenada təbii qaz, neft və bərpaolunan enerji sahələrində böyüməyə davam edəcəyik.

“Equinor”un səhmlərinin 67 faizi Norveç hökumətinə məxsusdur. Qalan 33 faiz isə digər şirkətlər üçün və ya açıq şəkildə satılır.

Qeyd edək ki, 25 ildir Azərbaycanda fəaliyyət göstərən “Statoil” şirkəti “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsində 7,27 faiz, Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) layihəsində isə 8,71 faiz paya sahibdir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: