Təqdimat

İT Step Academy-də From Zero to Ceo Konfransı keçiriləcəkdir

Müstəqilliyimizdən sonra ölkədə real biznes mühiti formalaşdı. Qeyd edilməlidirki, biznesin ölkə səviyyəsində inkşaf etdirilməsi, bu sahədə təcrübəli yerli mütəxəssislərin hazırlanması ölkə iqtisadiyyatının güclənməsi və onun dünya bazarında əlverişli iqtisadi-strateji mövqe qazanmasının əsas təminatçısıdır. Ölkədə belə biznes sferasının yaranmasının təsiri ilə müxtəlif yeni biznes fəaliyyətini yerinə yetirən qurumlar meydana gəldiki, bunların da hər birinin arxasında əzmkar yol keçmiş icraçı direktorlar- CEOlar durur. Belə LİDERərin uğur hekayələrini birbaşa onların dilindən eşitmək, məsləhətlər almaq həmişə gənclər tərəfindən həvəslə qarşılanmışdır və faydaları aşikardır. Və bunun üçündə konfransın şüarı “Bugünün və sabahın CEOlarının konfransı” olaraq seçilmilşdir.

Günümüzdə uğur qazanmış bütün insanların ortaq nöqtəsi “0”-dan kiçik addımlar atmağa başlamalarıdır. Bu konfransda siz “0”-dan başlayıb həm öz həyatlarını, həm də digər insanların həyatını dəyişən CEO – ların dilindən “0”-dan başlamanın önəmini, qarşılaşacağınız çətinliklərin öhdəsindən necə gələcəyinizi, risk etmənin və hər cür nəticəyə hazırlıqlı olmanın önəmini dinləyib bir sözlə-bir girişi olduğunu düşündüyünüz küçələrin, əslində bir neçə çıxışı olduğunu anlayacaqsınız.

Toplam iki hissədən, ümumilikdə 6 spikerin iştirakından ibarət olacaq konfrans ilk dəfə fərqli formatda- spikerlərin çıxışı kimi deyil, onların müəyyən edilmiş aktual mövzular ətrafında söhbəti olaraq baş tutacaqdır.

Spikerlər:

Elşən Rəhimov- Barattson School of Business & Finance, Founder-CEO

Dos. İsa Qasımov-Technopark İnkubasiya Mərkəzi, CEO

Nigar Köçərli-Əli və Nino kitabevi, Founder-CEO

Tural Yusifov- Dj.Turalla AvtoStop, Founder-CEO

Zaur Darabzadə- Cinema Plus, Founder-CEO

Fərid İsmayılzadə- hesab.az goldenpay, Founder-CEO

Biletin qiyməti 15 AZNdir. Tələbələr üçün 10 manat olaraq təyin olunub.

Biletləri aşağıdakı satış məntəqələrindən əldə edə bilərsiz:

Barattson School of Business & Finance – 44 Jafar Jabbarli street, Caspian Plaza 7h floor, AZ1065 Baku, Azerbaijan

Step It Academy – 70 Koroğlu Rəhimov

AZ1108 Baku, Azerbaijan

ERBİ Book&Cafe -31 Matbuat Prospekti, Yasamal, Baku, Azerbaijan

AZ1100 Baku, Azerbaijan

Bakı Mühəndislər Universitetindən (Qafqaz) Technopark -BEU Technopark

Xırdalan şəhəri,Həsən Əliyev küçəsi 120,Abşeron, AZ 0101 Baku, Azerbaijan

Təşkilatçı: ZC Group

Əlavə məlumat və təklif üçün:

070 856 45 56

051 439 62 17

050 283 21 41

https://www.facebook.com/zero0ceo/ Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!