Frame LifeMotivasiya

Stereotipləri qıran layihə – “WoWoman: Tech-Tech Xanım” 2 illiyini qeyd edəcək

Bəli, bəli, düz oxuyursuz, Tıq-Tıq Xanım yox – Tech-Tech Xanım, WoWoman qadınların inkişaf platformasının ən çılğın layihəsi.

İnformasiya və Kommunikasiya Texnologiyaları adətən bəylərin üstünlük təşkil etdiyi sahə olsa da, artıq bizim qızlar da burda fəallığını artırır. Buna təkan verən layihələr sırasında Tech-Tech Xanımın xüsusi rolu danılmazdır. Belə ki, fəaliyyətdə olduğu 2 il ərzində layihə sadəcə xanımlar üçün 25 proqram, 10 uzun müddətli kurs təşkil edib və 1 500-dən çox xanımın həyatında mühim rol oynayıb.

Layihə Meneceri Günay Kazımzadə qeyd edib ki, Tech-Tech Xanım qızlara özünə inamlı olmaqla yanaşı, İT sahəsinin bir çox istiqaməti üzrə bilik və bacarıqları öyrədir. “7 may Badamdar Oteldə 5 proqramın bağlanış mərasimi edəcəyik: “Oracle DBA”,  “C programming language”, “Help Desk” ,“Graphic Design” ,“CCNA R&C Certification”. Artıq fəxrlə deyə bilərəm ki, ölkəmizdə bu terminləri bilən bir çox xanım var. Əvvəl İT sahəsi uzaq və çətin görsənirdisə də, son zamanlar qızlar aktiv şəkildə özlərini bu sahədə təsdiq edir, iş tapırlar, yeni biliklər öyrənirlər.

Tech-Tech Xanım İT dunyasına səyahətini növbəti aylarda da davam etdirəcək. Yay ayları üçün proqramı və yeni layihələrimizi 7 may tədbirimizdə açıqlayacağıq. Bizə dəstək olduqları üçün Badamdar Otelə dərin təşəkkürlərimizi bildiririk.”

Tədbirdə iştirak yalnız dəvətnamə ilədir.Ətraflı məlumatı linkdən əldə edə bilərsizI https://www.facebook.com/events/1880189185575459/

Qeyd edək ki, WoWoman qadınların inkişafı üçün yaradılan, onların ən qeyri-adi, çılğın və mümkünsüz görünən arzularını həyata keçirmək üçün yol göstərən, istiqamətləndirən platformadır. Frame.az

 

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!