Stolüstü tennis üzrə Azərbaycanın kişi komandası yarımfinala vəsiqə qazanıb

Mayın 20-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis üzrə kişilərin komanda yarışında dörddəbir final mərhələsinə yekun vurulub və yarımfinalçılar müəyyən olunub.

Frame.az xəbər verir ki, kişilərdən ibarət yığmamızın rəqibi Fələstin millisi oyuna çıxmadığı üçün komandamıza 3:0 hesabı ilə texniki qələbə verilib.

Digər görüşlərdə də 3:0 hesabı qeydə alınıb. Səudiyyə Ərəbistanı yığması Pakistana, Türkiyə milli isə Qayana komandasına qalib gələrək yarımfinala keçiblər.

İran millisi isə mübarizəyə birbaşa yarımfinal mərhələsindən qoşulacaq.

Yarımfinal görüşləri mayın 21-də “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçiriləcək.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: