STP-nin böyük marağa səbəb olan Zəfər Ağacı Sumqayıtda quraşdırıldı!

STP Şirkətlər qrupunun 8 noyabr, Zəfər Günü münasibətilə xüsusi olaraq hazırladığı Zəfər ağacı abidəsi yeni təmirdən çıxmış Sumqayıt Şəhər Şəhidlər Xiyabanında quraşdırılıb. Abidə 44 günlük Vətən müharibəsində canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək məqsədi daşıyır. Paslanmaya davamlı metaldan hazırlanmış Zəfər ağacı abidəsinin üzərində 3000 metal lövhəcik yarpaq kimi asılıb. Bu lövhələrdətorpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin adları, doğum tarixləri və ölümsüz olduqlarının simvolu kimi sonsuzluq işarəsi qeyd olunub.

 

Zəfər ağacı 2-6 noyabr tarixlərində paytaxt sakinlərinin və qonaqlarının da izləməsi üçün Bakıda keçirilən Zəfər Yarmarkasında yerləşdirilmişdi.  Azərbaycanda  ilk olan  bu abidə həm paytaxt sakinlərinin, həm  də ölkəmizdə səfərdə olan xarici  ölkə nümayəndələrinin xüsusi  marağına  səbəb  olmuşdur. Bu möhtəşəm abidənin Sumqayıtda da xüsusi marağa səbəb olacağını,  sakinlərin və şəhərin qonaqlarının daimi ziyarət edəcəyi məkanlardan birinə çevriləcəyinə inanırıq.

 

Zəfər Ağacı layihəsinin ərsəyə gəlməsində STP-də çalışan siravi işçisindəntutmuş, şirkət rəhbərliyinə kimi hər kəsin rolu olub.  Belə ki, ideyanın hazırlanması, inkişaf etdirilməsi, dizaynı və istehsalı STP-nin əməkdaşları tərəfindən həyata keçirilib.

 

STP Şirkətlər Qrupu kollektiv olaraq ərsəyə gətirdiyi şəhidlərimizin ölümsüzlük simvolu olan Zəfər Ağacını ziyarət etmək üçün hər kəsi Sumqayıt Şəhidlər xiyabanına dəvət edir. Qəhrəmanlarımızı, şəhidlərimizi unutmayaq və unutdurmayaq. Şəhidlər unudulanda  ölürlər!

 

 

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: