IqtisadiyyatTurizmTəqdimat

STP Şirkətlər qrupu Rebuild Karabakh Sərgisində iştirak edir

Azərbaycanın qeyri-neft sektorunun liderlərindən olan STP şirkətlər qrupu Qafqaz bölgəsinin inşaat sahəsində ixtisaslaşmış ən böyük sərgisi olan ReBuild Karabakh sərgisində iştirak  edir. Qrupun sərgidəki stendində şirkətə məxsus 12 istehsal sahəsinin nümayəndələri ilə ümumilikdə 100-dən çox məhsul və xidmətlər təklif edir. Bu məhsulların 40-dan çoxu Azərbaycanda və regionda yalnız STP Şirkətlər qrupu tərəfindən istehsal  olunur və keyfiyyətcə alternativlərini üstələyir.

2009-c ildə əsası qoyulan STP fəaliyyət  göstərdiyi ilk gündən avadanlıqların və  tətbiq etdiyi  texnologiyaların müasirliyi, təqdim etdiyi məhsul və xidmətlərin keyfiyyəti, həmçininistehsal həcmi ilə yerli və xarici bazarın diqqətini çəkməyi bacarıb. 2020-ci ildə şirkət öz ənənəsini qorumaqla biznes  və idarəçilik formasını dəyişdirərək Şirkətlər qrupuna çevrilib. Bununla STP şirkətlər qrupu  müştəri mərkəzli və ixtisaslaşmış yanaşması ilə bazarın tələblərinə daha çevik reaksiya verməyi planlayır.

Texnoparkda fəaliyyət göstərən istehsal sahələrində ölkəmizinneft-qaz,  enerji,  inşaat, kənd təsərrüfatı  kimi sahələri üçün məhsul istehsal edilir.  Bu məhsulların əksəriyyəti  ölkəyə idxalın azaldılmasına  istiqamətlənmiş keyfiyyəti beynəlxalq sertifikatla təsdiqlənmiş məhsullardır.

Müəssisə  yarandığı gündən Keyfiyyət İdarəetmə, Ətraf Mühit İdarəetmə, eləcə də Əməyin sağlamlığının və Təhlükəsizliyininqiymətləndirilməsi üzrə beynəlxalq sertifikatlar altında fəaliyyət göstərib.

STP Şirkətlər qrupununsərgi iştirakçılarına  təklif etdiyi məhsullar əsasən bunlardır: müxtəlif növkabel məhsulları,  geniş çeşiddə polimer  borular, hər növ metal konstruksiyalar, alüminium və mis profillər, Sendviç panellər, texniki qazlar, elektrik stansiyaları üçün  müxtəlif növ modul tipli dolablar, sənaye kranları, xüsusi təyinatlı avtomobil və qoşqular istehsal olunur.  Bununla yanaşı Texnoparkda, Maşın və mexanizmlərin detallarının dəqiq və mexaniki emalı, qaynar sinkləmə və qumlama və boyama xidmətləri də təklif olunur. 

STP-nin təklif etdiyi məhsul və xidmətlərin əksəriyyəti Qarabağda həyata  keçiriləcək infrastrukturun yenidən qurulmasındabirbaşa  istifadə ediləcək növdəndir.  Misal üçün enerji sistemi, içməli su şəbəkəsi, tullantı su sistemi, metal konstruksiyalar, işıq dirəkləri, elektrik dirəkləri, həmçinin modul tipli otaq və ofislər STP Şirkətlər qrupunun məhsul təchiz edə  biləcəyi istiqamətlərdən bir neçəsidir. 

STP Şirkətlər qrupu təklif etdiyi  məhsul və xidmətlərin yaratdığı imkanlarla tanış  olmaq və bu imkanlardan yarlanmaq üçün maraqlı tərəfləri ReBuild Karabakh sərgisindəki stendinə dəvət edir. Şirkətin əməkdaşları hər birinizi yüksək səviyyədə qarşılayıb fikir və təkliflərinizi dinləməyə hazırdır. 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!