EventsSəyahətTəqdimat

Student Club Azerbaijan “Battle of Regions” layihəsi ilə qarşınızdadır!

Layihənin məqsədi regionların turizm potensialını üzə çıxarmaq və gənclərin bu sahə üzrə biliklərinin artırılmasıdır. Bu səbəbdən Student Club Azerbaijan “Battle of Regions” layihəsi ilə sizlərin görüşünə gəlir.

9 iyun saat 11:00 da başlayacaq Student Club Azerbaijan-ın “Battle of Regions” layihəsində Turizm şirkətləri, Media qurumları və Gənclər bir araya gələcək.

Tədbirimizdə turizm mütəxəssisi təcrübələrini tədbir iştirakçıları ilə bölüşəcək.

Ardınca müxtəlif regionları təmsil edəcək komandalar tərəfdaş şirkətlərin verdiyi hədiyyə uğrunda mübarizə aparacaqlar. Digər yarışlardan fərqli olaraq bu yarışda komandaların regionlar üzrə bilikləri ilə yanaşı təqdimat bacarıqları da yarışacaq!.

Tədbirimizdə iştirak edən və təmsil olunan şirkətlər tədbirdəki media qurumlarına öz uğurları və fəaliyyətləri haqda məlumat vermək imkanı əldə edib, hədiyyələri və təcrübələri ilə müsabiqədə iştirak edəcək gənclərə dəstək olacaqlar.

Tədbirdə iştirak edəcək media qurumları ölkəmizdə ilk dəfə keçiriləcək Battle of Regions yarışının bir parçası olacaqlar və
ölkəmizdə turizmin inkişafı üçün düşünülmüş bu tədbirin ictimaiyyətə çatdırılması üçün çalışacaqlar.

Siz də tədbirimizə qoşulun, həm turizm sahəsi üzrə biliklərinizi artırın, həm də müxtəlif şirkətlərdən dəyərli hədiyyələr qazanın.

Tədbirdə iştirak etmək üçün qeydiyyat linki: https://goo.gl/nkP2CV

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!