Subaylığın son gecəsi “CinemaPlus”da

Premium kinoteatr  “CinemaPlus Amburan Mall”da Fransa və Belçika istehsalı olan, komediya janrında çəkilən “Subaylığın son gecəsi. Avropa” filminin təqdimatı keçirilib.

Ekran əsəri 2018-ci ildə “Cinemazadeh” studiyasında peşəkar azərbaycan dilinə dublyaj olunaraq hazırlanıb.

Dublyajın rejissoru Rövşən Məmmədli, baş prodüseri Cəfər Axundzadə, redaktoru Vüqar Hüseynov, səs operatoru Vüsal Əbdülhəsənov, post-prodakşn Rüfət Kazımzadə, icraçı prodüseri Emil Davudzadə, səs rejissoru Azad Vəliyevdir.

Filmdə obrazları Əlixan Rəcəbov, Vüsal Murtuzəliyev, Rövşən Məmmədli, Vüsal Hacıqədir, Vüsal Xaliqoğlu, Elçin Muradov, Vüqar Hüseynov, Hüsniyyə Mürvətova, Nəzakət Şahbazi, Rəksanə Vəliyeva və Zemfira Əbdülsəmədova səsləndiriblər.

Xavier Gens rejissoru olduğu filmdə rolları Alix Poisson, Alice Belaïdi, Camille Zorel kimi aktyorlar canlandırıb.

Filmin ssenarisinə əsasən, işindən və iş yoldaşlarından bezmiş dostlar Budapeştə gedirlər. Onlar burada subaylar üçün unudulmaz toy qabağı əyləncə gecələrinin təşkili ilə məşğul olmaq qərarına gəlirlər.

Film 18+ tamaşaçılar üçün nəzərdə tutulub.

Tədbirin təşkilində dəstək olmuşdurlar:  “Cinemazadeh” dublyaj studiyası, Cinema Distribution, Ganja Sharab, “Banketnaya” araqları və “Gala” şərabları.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır!

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: