Şumaxerin bolidinin şokolad modeli hazırlanıb

İtaliyanın Modena şəhərində keçirilən “Sciocola” festivalında yeddiqat Formula 1 çempionu Mixael Şumaxerin 2004-cü ilə aid “Ferrari” bolidinin bütünlüklə şokoladdan hazırlanmış modeli təqdim edilib.

Frame.az “Radio Bruno”ya istinadla xəbər verir ki, bolidin modeli 39 yaşlı şokolatye Mirko Dalla Vekkya tərəfindən hazırlanıb. Ona heykəltəraş Alessandro Marrone kömək edib. Model 1:1 miqyasında yerinə yetirilib, onun ərsəyə gəlməsinə 800 saat vaxt sərf edilib.

Mixael Şumaxer 2004-cü ildə “F2004” bolidində 13 qələbə qazanıb. Bu boliddə 15 qələbə qazanılıb. Daha üç qələbəni “Ferrari”yə Şumaxerin komanda yoldaşı Rubens Barrikello gətirib.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: