Şumaxerin huşu özünə qayıdıb

Sentyabrın 9-da yayılmış məlumata görə, Formula 1 yarışlarının yeddiqat çempionu, başından ağır zədə aldıqdan sonra bərpa prosesi davam edən Mixael Şumaxeri gizli şəraitdə Parisdəki bir klinikaya gətiriblər.

Frame.az xəbər verir ki, klinikanın tibbi heyətinin bir üzvünün (bu şəxs adının çəkilməsini istəməyib) “Le Parisien” nəşrinin nümayəndələrinə dediyinə görə, Şumaxer həqiqətən həmin xəstəxanadadır və onun huşu özünə qayıdıb. Nəşrin müsahibi deyib: “Bəli, o bizdədir. Sizi əmin edə bilərəm ki, huşu özündədir”.

Daha sonra bildirilir ki, Mixael Şumaxer “Ferrari” komandasının heyətində çıxış edərkən bu komandaya rəhbərlik etmiş, hazırda FİA-nın prezidenti olan Jan Todt Şumaxerə baş çəkməyə gəlib.

Şumaxer 2013-cü ilin dekabr ayında dağ xizəyi kurortunda yıxılandan sonra onun başı ağır zədələnib. Şumaxerin səhhətinin vəziyyəti barədə rəsmi məlumat alınmayıb.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: