Şumaxerlə mübarizə mənim karyeramda ən yaddaqalan məqamlardır-Fernando Alonso

Formula 1 yarışmasının ikiqat dünya çempionu Fernando Alonso yeddiqat dünya çempionu Mixael Şumaxerlə trasda apardığı mübarizə haqqında xatirələrini bölüşüb. İspan pilot bildirib ki, məhz bu illəri karyerasında ən yaxşı dövr hesab edir.

Frame.az xəbər verir ki, Alonso deyib: “Şumaxerlə mübarizə mənim karyeramda ən yaddaqalan məqamlardır. Mənim uduzub, yoxsa qalib gəlməyim mühüm deyil. Nə əvvəl, nə də sonra bu dərəcədə gərgin anlarım olmayıb. Onunla yan-yana yürüş etmək asan deyil, lakin onu ötmək daha da çətindir. Şumaxer bilirdi ki, o, güclüdür, əfsanədir və trasda bu adı qoruyurdu. Məhz bu cəhətdən onunla mübarizə aparmaq yalnız məmnunluq gətirirdi, çünki mən başa düşürdüm ki, əfsanə ilə mübarizə aparıram.

Hesab edirəm ki, Mixaelin irsi bizim fikirləşdiyimizdən daha böyükdür. Şumaxer hər şeyi möhtəşəm səviyyədə etmək bacarığına malik idi. İndiki pilotların bir çoxu Şumaxerin təsiri altında avtomobil idmanını seçiblər”.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: