Sumqayıtda əlillərin günü: sərgi və “Özünlə fəxr et”

Əlil Sahibkarlar Təşkilatı İctimai Birliyi “ƏSTİB” əlilliyi olan insanların məşğulluq qabiliyətinin qarşılanması və onların iş yerləri ilə təminatı istiqamətindəki fəaliyyəti ilə yanaşı, istedadı olan əlil insanlarımızın bacarıqlarının üzə çıxarılması və onların əl işlərinin ictimaiyyətə sərgilənməsi yönündə də fəaliyyətini uğurla davam etdirir.

Bu fəaliyyətin davamı olaraq 8 İyul, saat 11:00-da Sumqayıt şəhər, Zülfü Hacıyev küçəsi, Heydər Park” ünvanında yerləşən ”Sumqayıt Poeziya Evi”ndə əlilliyi olan peşəkar sənətkarların və Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə ”Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin reallaşdırdığı “Milli xalçaçılıq sənətinin inkişafı və əlillərin məşğulluğu üçün Peşə Emalatxanasının yaradılması” layihəsi çərçivəsində xalçaçılıq sənətini bütün incəliklərinədək peşəkar səviyəli əlilliyi olan xalçaçıların əl işlərindən ibarət sərgi təşkil olunacaq.

Tədbirdə həmçinin 1-ci qrup əlilliyi olan istedadlı qələmiylə imzasını təsdiq etmiş , tanınmış yazar Samir İmanovun “Özünlə fəxr et” kitabının İmza Günü keçiriləcək.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: