“Şur” filminin 50 illik yubileyi qeyd olunacaq

İyulun 4-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Televiziyası, Mədəniyyət kanalı və Azərbaycan Radiosunun təşkilatçılığı ilə “Şur” filminin 50 illik yubileyinə həsr olunmuş bədii-musiqili gecə keçiriləcək.

Frame.az-ın xəbərinə görə, gecədə əməkdar artistlər Azad Şükürov, Nuriyyə Hüseynova, Fehruz Səxavət, Səbuhi İbayev, xanəndələr Aytən Məhərrəmova, Abgül Mirzəliyev, Ayşən Mehdiyeva və başqaları iştirak edəcək.

Filmin yaradıcı heyəti və iştirakçıları filmin yaranması, çəkiliş prosesləri ilə bağlı xatirələrini tamaşaçılarla bölüşəcəklər. 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: