EventsMədəniyyətTəqdimat

Şuşa Şəhər Uşaq İncəsənət məktəbinin 85 illik yubileyi keçirildi

Noyabrın 10- da Beynəxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin, Şuşa Şəhər İcra Hakimiyyətinin, Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə Niyazi adına Şuşa Şəhər Uşaq İncəsənət məktəbinin 85 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

İlk olaraq Mərkəzin foyesində Şuşa Şəhər Uşaq  İncəsənət məktəbinin şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisi nümayiş olundu.

Tədbirdə Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov, ”Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Yaşar Əliyev, məktəbin məzunu, Əməkdar artist Anar Şuşalı və Şuşa Şəhər Uşaq İncəsənət Məktəbinin direktoru Mirkamil Ağamirov çıxış edərək   tədris ocağının tarixindən, 85 illik fəaliyyətindən, yetirmələrinin qazandığı uğurlardan söhbət açdılar.

Bədii hissədə xalq çalğı alətləri ansablının müşayiəti (konsertmeystr  Zöhrə Axundova) rəhbərliyi ilə Emin Sabitoğlunun “Can Azərbaycan”  mahnısını uşaq xor kollektivi ifa etdi.

Əməkdar artist Anar Şuşalı “Vətənimdir”, məktəbin tələbələri Fatimə Ağazadə “Turacı”, Emin Məmmədli “Gözəl Şuşam”, Gümanə Mərdiyeva, Elbrus Abbasov, Arzu Məmmədova “Qarabağ şikəstəsi” ni səsləndirdilər.

Tədbirdə  “Yallı” rəqsini, beynəlxalq və respublika müsabiqələrinin laureatı məktəbin “Təbəssüm” rəqs qurupu nümayiş etdirdi.              

İfalar alqışla qarşılandı.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!