Suxarinin bilmədiyiniz faydaları

Suxarinin tərkibində çoxlu miqdarda sellüloza var. Bundan əlavə tərkibində insan orqanizmi üçün faydalı olan fosfor, maqnezium, kalium, natrium, dəmir kimi bir çox vitaminlər və mikroelementlər var. Suxari özündə çox sayda karbohitrat birləşdirir ki, bu da həzm sistemini yaxşılaşdırır. Təzə çörəkdən fərqli olaraq, suraxi köp yaratmır. Bu da daha çox yaşlı nəslin nümayəndələrinə faydalıdır. İntoksikasiya zəhərlənməsindən sonra suxari yemək, mədənin normal işləmə fəaliyyətini bərpa edir. Çörəyin tərkibində olduğu kimi suxarinin də tərkibində B vitamini var.

Adətən buğda unundan olan suxari görməyə öyrəşmişik. Lakin, çovdar unundan olan suxari daha faydalıdır. Xüsusilə pəhrizdə olanlar üçün. Bəzi xəstəliklərdə suxari yemək məsləhət görülür. Mədə və 12 barmaq bağırsağı xorası zamanı buğdadan olan suxari yemək olar lakin, həddindən çox olmaq. Çovdar unundan olan suxari isə qətiyyən olmaz.

Son zamanlar mağazalarda tərkibinə amartizator və qatqı maddələri qatılmış suxarilər satılır ki, bu da sağlamlığınıza zərərlidir. Bunun üçün də ev şəraitində hazırlanmış suxarilərə üstünlük verməyiniz tövsiyyə olunur.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: