“Synergy Partnership” tərəfindən hazırlanmış“Agro Dairy” MMC-nin stendi mükafata layiq görülüb

Azərbaycanın aparıcı PR və Marketinq şirkəti “Synergy Partnership” tərəfindən“Agro Dairy” şirkətinin sifarişi ilə Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisiüçün hazırlanmış stend“Ən yaxşı stend dizaynı” nominasiyası üzrə mükafata layiq görülüb.

Respublikamızda kənd təsərrüfatı sahəsində ən son texnologiyalarla fəaliyyət göstərən “AgroDairy” üçün hazırlanmış stend sərgi təşkilatçısı  “Caspian Event Organisers” və onun beynəlxalq agentlər şəbəkəsi tərəfindən mükafatlandırılıb.

Stenddə sərgi iştirakçılarına “Agro Dairy” şirkətinin tətbiq etdiyi ən müasir kənd təsərrüfatı texnikası, istehsal olunan kənd təsərrüfatı məhsulları, eləcə də ümumi sahəsi 60 min hektara qədər olanHacıqabuI, Tovuz, Samux və Şamaxı rayonları ərazisində qurulmuş infrastruktur və pivot sistemləri barədə məlumat verilib.

Qeyd edək ki, daha öncə, 2017-2018-ci illərdə “Microsoft Azerbaijan” şirkətinin “Bakutel” sərgisində stendi “Synergy Partnership” tərəfindən hazırlanmışdır. Şirkətin stendi hər iki ildə müxtəlif nominasiyalar üzrə mükafata layiq görülmüşdü.

2008-ci ildə yaradılmış Azərbaycanda ilk Korporativ Kommunikasiya şirkəti “Synergy Partnership” PR və Marketinq sahəsində10 ildən artıqdır ki, uğurla fəaliyyət göstərir. Hal-hazırda bazarda lider mövqedə olan şirkət son illər fəaliyyət sahəsini genişləndirərək, irimiqyaslı tədbirlərin yüksək səviyyədə təşkilini həyata keçirir.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: