“Təbiəti qoru ki, təbiət də səni qorusun!”

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, dəstəyi ilə “Təbiəti qoru ki, təbiət də səni qorusun!” layihəsinə artiq start verilib. 8-ci qrant müsabiqəsinin qalibi, layihə rəhbəri Elmar Rəcəbzadənin verdiyi məlumata əsasən, layihənin əsas məqsədi müasir dövrdə təbiəti gündəlik olaraq çirklənməyə məruz qoyan ən başlıca səbəblərin insanlardan asılı olduğunu qısa sosial çarx vasitəsi ilə izah etməkdən ibarətdir. 
Şəhərdə normadan artıq avtomobilin olması ilk növbədə gündəlik olaraq atmosferi zəhərli qazlarla çirkləndirməkdən əlavə tıxacların yaranmasına, insanların həyat tərzinin pozulmasına səbəb olur. Layihə gənc nəsli şəxsi avtomobillərə deyil , əvəzində ictimai nəqliyyatdan daha çox istifadə etməyə çağırışdır. Layihə çərçivəsində hazırlanmış sosial carx noyabrın 15-16-da ekspertlərin də iştirak edəcəyi  təqdimat mərasimində gənclərə nümayiş olunacaq. Bundan əlavə sosial şəbəkələr vasitəsi ilə daha geniş kütləyə çatdırılacaq. Qeyd edək ki, Layihənin icrası və təqdimatı Bakı şəhəri ərazisində baş tutacaq.
14725518_1422441991116441_5778498777661558904_nFrame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: