Təhcizat Zəncirinin İdarəedilməsi (Supply Chain Management) təlimi

Headstart International Sizləri professional təlimçilərin təqdimatında Təhcizat Zəncirinin İdarəedillməsi (Supply Chain Management) təliminə dəvət edir.

TƏLİM HAQQINDA:

Məhsul və xidmətin keyfiyyətli olmasında, müştəri məmnuniyyətinin ölçülməsində, biznesin gəlirliliyini müəyyənləşdirmədə və təkmilləşdirilmiş əməliyyatları aparmaqda təchizat zəncirinin idarə edilməsinin böyük rolu vardır. Təchizat zənciri mürəkkəb prosesləri və müxtəlif maraqlı tərəfləri özündə birləşdirdiyindən, səmərəli təchizat zəncirinin idarə edilməsinin proqram və planını qurmaq üçün bu sahəni başa düşmək çox vacibdir.

Bu təlimdə təchizat zəncirinin idarə edilməsinin əsas məqsədləri, sənayedə qarşılaşılan problemlər və müasir trendlər müzakirə ediləcək.

Təhcizat Zəncirinin İdarəedilməsi təlimi vasitəsilə iştirakçılar təchizat zəncirinin idarə edilməsinin müxtəlif istiqamətləri ilə tanış ola biləcək, əsas biznes proseslərini müəyyən edə biləcək və bu proseslərin icra edilməsini öyrənəcəklər.

KİMLRƏR İŞTİRAK EDƏ BİLƏR:

Təhcizat Zəncirinin İdarəelməsi təlimi təhcizat, logistika və anbardarlıq sahəsi üzrə çalışan, yeni öyrənən mütəxəssislər və ya ümumiyyətlə bu sahədə heç bir biliyi olmayan amma gələcək karyeralarını qurmaq istəyən şəxslər üçün nəzərdə tutulmuşdur.

TƏLİMİN MODULLARI:

Modul 1. Tələbin idarə edilməsi (Demand Management)

Tələbin yaranma qrafiki
Tələb trendinin və ölçüsünün hesablanması
Tələb əsaslı planın hazırlanması
Risk və tolerans paylarının hesablanması
Tələbin formalaşdırılması

Modul 2. Təhcizat (Procurement)

Təchizat bloku
Təchizat və Satınalma anlayışları, 5D/5R
TCO
Bazar araşdırmaları
Outsoursing formaları
RFİ / RFQ / RFP
Təchizatçıların dəyərləndirilməsi, SWOT analiz
Xərclərin qruplaşdırılması, Category Management
Təchizat danışıqlarının təşkili və aparılması
Müqavilələrin idarəolunması (Tərəfdaşlarla -daxili və xarici iş prinsipləri)
SLA, PRM, SRM
Təchizatın nəticələri

Modul 3. Logistika (Logistics)

Ümumi anlayış
Dünyanın nəqliyyat infrastrukturu
Beynəlxalq daşınmaların təşkili
Azərbaycanın nəqliyyat şəbəkəsi
Gömrük orqanları ilə iş
Malların gömrük orqanlarında bəyan edilməsi
Gömrük rejimləri

Model 4.Anbarın və ehtiyatların idarə edilməsi (Inventory Management)

Anbarın və ehtiyatların növləri, siniflənirilməsi.
Anbarlamada səviyyələndirmə
Kritik anbarlama xətaları.
ABC analizi və qiymətləndirmə göstəriciləri.
Bullwhip effect
Əyani bir misal ilə tətbiqi

TƏLİMÇİLƏR HAQQINDA :

SEYMUR İLYASOV – CPE™,CIPM™,MPM™,LSSWB™, Msc

Ali təhsilini 2002-2007-ci illərdə Qafqaz Universitetinin Sənaye Mühəndisliyi ixtisası üzrə alan Seymur İlyasov 2008-2010-cu illərdə Qafqaz Universitetinin Sənaye Mühəndisliyi ixtisası üzrə magistratura təhsilini universitet birincisi olaraq tamamlamışdır. Davamlı olaraq yerli və beynəlxaq təlimlərdə iştirak edən planlama mühəndisi 2015-ci ildə Amerikanın (American Academy of Project Management) akademiyası tərəfindən Certified Planning Engineer dərəcəsinə və “Honorary Global Advisor” tituluna layiq görülmüşdür. Ümumilikdə isə dörd beynəlxalq dərəcə və iki beynəlxalq tutula layiq görülüb.

İstehsalat və xidmət sahələrinin detallı planlanması üzrə professionallaşan mühəndis həm istehsalat, həm də xidmət sahələrində təcrübələrini tətbiq etməkdədir.

TURAL VƏZİROV – CİPP

Azərbaycan Dövlət İqtisad Universitetində Bakalavr və Magistr dərəcəsinə yiyələnən Tural Vəzirov, 2007 ci ildə idarəetmə üzrə MBA dərəcəsini almışdır. Son 10 ildə Avropa və Yaxın Şərqdə təchizat üzrə bir sıra təlimlərdə iştirak etmiş, Beynəlxalq Biznes və Maliyyə İdarəetməsi Akademiyası tərəfindən verilən CİPP dərəcinin sahibidir. Hazırda müqavilələrin idarəedilməsi sahəsində professional dərəcənin əldəedilməsi üzərində çalışır. CİPS, İABFM, İACCM təşkilatlarının üzvüdür. Eyni zamanda Heriott-Watt Uivesitetinin Edinburq Biznes Məktəbində təhsilini davam etdirir.
Neft və Qaz, Tikinti, Telekomunikasiya, Turizm və Əmlakların idarəolunması bazarlarında təchizat üzrə təcrübəyə malikdir. Hazırda yerli bazarda əmlakların idarəedilməsi üzrə boyük şirkətlərdən birində Təchizat şöbəsinin rəhbəri vəzifəsində çalışır.

TƏLİM DETALLARI:
Təlimin başlama tarixi: 26.02.2017
Keçirilmə günləri: Hər Bazar saat 10:00-13:00
Müddəti: 24 saat (2 ay)
Xidmət haqqı: 410 AZN
* Ödənişi bir dəfədə ödəyən iştirakçılar 10% endirim əldə edəcəklər.

Kursa daxildir: Dərs vəsaitləri, çay – kofe fasilələri
Sertifikat: Təlimi uğurla bitirən və yekun imtahandan uğurla keçən hər bir iştirakçı sertifikatla təltif olunacaqlar.

Qeydiyyat və ya əlavə məlumat üçün:
Tel: 012 597 48 05 / 06
Mob: 055 409 69 04
E-mail: ulfet@headstart-international.com
Web: www.headstart-international.com

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: