CinemaTəqdimatƏyləncə

«Təhlükəli biznes» rəsmi premyeradan üç gün öncə Bakıda nümayiş olundu

Park Cinema Flame Towers yerli kinomanları daha bir sürprizlə sevindirdi. Davalı və sağ qalmaq uğrunda dramatik intriqalar ilə dolu hər kəsin səbirsizliklə gözlədiyi qara komediya rəsmi premyeradan üç gün öncə Bakıda nümayiş olundu.

Bu kimi fürsəti -Neş Edgertonun filmini ilk qiymətləndirənlərdən biri olmaq imkanını əldən verə bilməzdik.

Bu arada, Edgerton Kann kinofestivalının Qızıl Palma budağı mükafatına namizəddir, həmçinin bir çox filmlərdə çəkilmiş kaskadyordur, lakin onun adı adi izləyiciyə çox da tanış deyil, baxmayaraq ki, bu filmilərin sıyahısı yüzə çatır.

Bu filmlər arasında “Matrisa” filminin üç hissəsi, “Ulduzların savaşı” filmin iki epizodu (Neş Yuen MakQreqorun dublyoru olmuşdu), “Mulen Ruj”, “Supermenin qayıdışı” 2006 filmlərini qeyd etmək olar.

«Təhlükəli biznes» — Neşin rejissor qismində ilk filmi deyil. Çəkiliş meydançasında o, unikal aktyor heyətini toplamağı bacarıb – Şarliz Teron, Devid Oyelouo, Amanda Seyfrid, Tendi Nyuton, Şarlo Kopli. Neş doğma qardaşı – Coel Edgertonu da unutmayıb.

Qısasacı, aktyor heyətinə söz ola bilməz. Bu isə yeni film izləmək üçün ənənəvi üç səbəblərimizi yada salmağa yaxşı bəhanədir:

Əsrarəngiz Şarliz Teronu heç vaxt görmədiyiniz obrazda görmək istəyirsiniz? O zaman seansa tələsin! Əgər tanınmış Variety Teronun 1996-cı ildən bəri heç bu qədər  cazibədar olmadığını yazırsa, deməli görməyə dəyər. Bu arada, demək olar ki, bütün film boyu o bizi açıq dekoltesi ilə heyran edəcək. Yeni rolunda aktrisa məqsədi uğrunda hər şeyə hazırdır.

Film sözsüz ki, dinamik və düşündürücüdür. Filmdə baş verən bəzi məqamlar hər kəsin başına gələ bilər.

Filmi detektiv janrı, atışma, “kəsib-“doğramağı” sevənlər bəyənəcək. Hətta konvertdə göndərilmiş “kəsik barmaq” sevənlər də… Amma bu qorxu pərəstişkarları üçündür.

Park Cinema – Azərbaycanda müasir çoxzallı kinoteatrların ən iri milli şəbəkəsidir. Hazırda şəbəkəyə Park Bulvar, Metro Park, Zagulba Mall ticarət və əyləncə mərkəzlərində, ölkədə yeganə IMAX formatlı nümayişlərin təqdim olunduğu Flame Towers, həmçinin Masallıda yerləşən regional kinoteatr və Amburan Beach Club-da yerləşən yay kinoteatrı daxildir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!