“Təhlükəsiz yol, yaxşı yol” layihəsi davam edir

26 yanvar 2019 – cu il tarixində Bakı şəhəri Binəqədi rayon Gənclər evində Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Təhlükəsiz yol, yaxşı yol” layihəsi çərçivəsində növbəti görüş texnika üzrə fəlsəfə doktoru, polkovnik Əziz Talıbovun iştirakı ilə baş tutmuşdur.

Yol hərəkəti qaydaları, Sürücülük vəsiqəsi almaq üçün DYP-də keçirilən imtahanlara hazirliq vəsaiti, Sürücülər üçün məlumat kitabçası (cərimələr, cəzalar, rüsumlar, vergilər, məlumatlar) və s. kitabların müəllifi kimi tanınan Əziz Talıbov gənclərlə görüşdə öz tövsiyələrini vermiş onları maraqlandıran sualları cavablandırmışdır. Sonda iştirakçılara yol hərəkəti ilə bağlı dərs vəsaitləri hədiyyə edilmişdir.

Qeyd edək ki, bir ay müddətində davam edəcək layihədə təcrübəli ekspert və təlimçilər tərəfindən 50-yə yaxın gənc iştirakçıya 15 dərs proqramına uyğun olaraq şəhər nəqliyyatında, yollarda ictimai davranış qaydaları, təhlükəsiz gənc sürücü, dönmə əməliyyatı, icazə verilən maksimum hərəkət sürətləri, nizamlayıcının göstərişləri, qəza nişanları, minik avtomobillərinin idarə olunması və s. digər mövzularda qeyri – formal təhsil metodundan istifadə olunaraq təlimlər və praktiki məşğələlər təşkil olunacaqdır.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: