Tələsin, 5 gün qalıb!

10 aprel-10 may tarixlərində paytaxtımızda keçirilən Bakı Şopinq Festivalı şəhərimizdə alış-verişi daha da sərfəli etdi.
Bakı butiklərində son vaxtlar çoxlarının nəzər yetirdiyi qiymət dəyişməsi baş verib. Geyim, ayaqqabı, aksesuar, parfümeriya, məişət avadanlığı və s. malların qiymətlərinin ən azı 30%-dək endirilməsi və üstəlik hər 100 AZN-dan artıq alış-verişdə ƏDV-nin qaytarılması imkanı turistlər və yerli əhali üçün Bakı şəhərini aprelin 10-dan mayın 10-dək dünyanın ən cəlbedici şopinq məkanlarından birinə çevirdi. Əlverişli və dəbli şopinq etmək üçün artıq xaricə getməyə ehtiyac qalmır.
Bəzi Avropa ölkələri, Türkiyə, Dubay və Rusiyadan daha aşağı olan qiymətləri festivala qoşulmuş dükanlarda keçirilən, ən azından 30%-dək güzəştlər və digər aksiyalar daha da sərfəli edir. Üstəlik, Tax Free xidmətindən faydalanıb, ƏDV vergisini geri almaq imkanı festival zamanı Bakını çox sərfəli şopinq mərkəzinə çevirib.
Bu gün Bakının əksər ticarət mərkəzlərində və brend mağazalarında festival ab-havası davam edir. Bakı Şopinq Festivalı bütün Bakı sakinlərini və turistləri cəmi 4-5 gündən sonra başa çatacaq əlverişli alış imkanı və digər fürsətlərdən maksimum yararlanmağa çağırır.
Bakıda fəaliyyət göstərən və festivala qoşulmuş 200-dək mağazada şopinq etməklə həm büdcənizə qənaət etmək, həm də bəyəndiyiniz ən küyfiyyətli brend malları görülməmiş ucuz qiymətə almaq imkanını əldən verməyin.
Cəmi 5 gündən sonra endirim və güzəştlərin başa çatacağı həmin mağazaların adları və ünvanlarını Bakı Şopinq Festivalının rəsmi internet saytından (www.bakushopfest.com) əldə edərək alış-veriş etməyə tələsin! Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: