Bizim AşpazDünya MətbəxiLəzzətli Bölüm

“Tənbəl xaçapuri”-ni bizimlə birlikdə hazırlayın

Ərzaqlar: 
200 qr kəsmik
200 qr brınza pendiri
3 yumurta
100 qr xama
5 x.q. un
yarım ç.q. qabartma tozu.Hazırlanması:
Kəsmiyi çəngəllə əzin, brınzanı sürtgəcdən keçirin, yaxşı qarışdırın.
Yumurta, xama əlavə edin, qarışdırın.
Unu qabartma tozu ilə qarışdırın, ələyin, kütləyə əlavə edin, yaxşı qarışdırın.
Formaya kərə yağı çəkin, xəmir qoyun, hamarlayın.
Sobanı qabaqcadan 180 C qədər qızdırın, xaçapurini 25-30 dəqiqə bişirin.

Nuş olsun!
Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!