EventsSəyahətTurizmTəqdimat

“1st Azerbaijan Tourism Awards – A signature of excellence” mükafatlandırma tədbiri keçiriləcək

Tourism Lab. MMC-nin təşkilatçılığı ilə “1st Azerbaijan Tourism Awards – A signature of excellence” mükafatlandırma tədbiri keçiriləcək.
Mükafat Azərbaycan Respublikasında turizm sahəsi ilə məşğul olan şirkət və şəxslərə təqdim olunacaq. Mükafatın təqdimetmə tədbiri 05 oktyabr tarixində Pullman Oteldə baş tutacaq. “1st Azerbaijan Tourism Awards – A signature of excellence” mükafatlandırma tədbirinin əsas məqsədi Azərbaycanda turizmin və qonaqpərvərlik sənayesini həvəsləndirmək və dünya səviyyəsində ölkənin müsbət imicini yaradan yüksək nailiyyətlər qazanmış turizm bizneslərini və brendlərinini cəmiyyətə təqdim etməkdir.
Mükafatdırma mərasimi, milli və yerli turizm şirkətlərini, mehmanxana, tur operatorlarını, səyahət agentliklərini, səyahət blogerlərini, turizm portallarını və bir çox turizm adamını bir araya gətirən məqamdır. Bu layihə Azərbaycan turizm və qonaqpərvərlik sənayesi üçün bir növ “Oskar” tədbiri kimidir və Azərbaycan irsinin, mədəniyyətinin, ənənələrinin və müasir nailiyyətlərinin qeyd olunmasına səbəbidir.
Tədbirin simvolu və logosu “Qarabağ Atı” seçilib. Qarabağ atlarının cinsi sərt, güclü, sadiq və etibarlıdırlar. Sürətli və çevikdirlər. Qızılı rəngli atların mənası: yaradıcılıq, səyahət, müxtəliflik, müstəqillik, fürsət kimi qiymətləndirilir. At fəlsəfəsi odur ki, at müharibənin qəniməti, güc, qələbə, şərəf, hökmranlıq və əbədiyyət kimi simvolizmlə edirlir. At həmişə saysız-hesabsız mədəniyyətlərdə qüvvət və qələbə simvoludur. “1st Azerbaijan Tourism Awards – A signature of excellence” layihəsi turizm sənayesində çalışanlar üçün yaxşı bir çağırışdır və bu tədbir onların xidmətlərinin yüksək səviyyədə təmin olunması üçün motivasiya olmalıdır.
Tədbirdə 30-dan çox nominasiya üzrə mükafatlandırma olunacaq.
Kategoriyalar: 1. Ən yaxşı turizm attraksionu 2. Ən mükəmməl otel xidmətləri 3. Ən yaxşı tur agentlik 4. Ən yaxşı “M.İ.C.E.” şirkəti 5. Ən yaxşı e-turizm 6. Ən yaxşı tur bələdçi 7. Ən yaxşı Spa mərkəzi 8. Ən yaxşı xidmət sahəsində rəhbər 9. Ən yaxşı səyahət fotoqrafı

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!