Ən Son

Taekvonduçularımız qran-pri turnirinə yollanır

Taekvondo üzrə 2017-ci il qran-pri yarışlarının final mərhələsi keçiriləcək. Rusiyanın Moskva şəhərində startı verilən turnir Mərakeş və Böyük Britaniyanın ardından Fildişi Sahilinin Ədibcan şəhərində başa çatacaq. Yarışda mübarizə aparmaq üçün kişilərdən ibarət milli komandamızın dörd üzvü bu gün Əbidcana yollanır. Belə ki, Dünya Taekvondo Federasiyasının Olimpiya reytinq cədvəlində ilk pillədə yer alan idmançılarımızdan Radik İsaev (+80 kq 437.70) və Milad Beigi Hərçəqani (-80 kq 472.36 xal), eləcə də 207.69 xalla 7-ci pillədə qərarlaşan Ayxan Tağızadə, 161.94 xalla 15-ci olan Məhəmməd Məmmədov (hər ikisi -68 kq) mükafatlar uğrunda döyüşlərə qatılacaq. Yarışlar 2-3 dekabr tarixlərində keçiriləcək. Qeyd edək ki, qalib idmançı aktivinə 80, ikinci yer 48, üçüncü yerə sahib olan isə 28.8 reytinq xalı əlavə etmiş olacaq. Baş məşqçilər Reza Mehmandoust, Elnur Amanov və böyük məqşi Rəşad Əhmədovun rəhbərliyi ilə turnirə yollanan taekvondoçularımız dekbırın 5-də vətənə dönəcək.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!