“Yeni nəsil dəvət edir” layihəsi Beynəlxalq Muğam Mərkəzində uğurla davam edir

Noyabrın 16-dа Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Teatr sənəti” fakultəsi tələbələrinin iştirakı ilə Əbdülrəhim bəy Haqverdiyevin “Yeyərsən qaz ətini, görərsən ləzzətini” əsəri əsasında qoyulmuş “Qara oyun” tamaşası uğurla keçdi.

Tədbir Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə “Yeni nəsil dəvət edir” layihəsi çərçivəsində həyata keçirilmişdi.
Tamaşanın məqsədi Əbdülrəhim bəy Haqverdiyevin yaradıcılığının gənc nəsilə müasir reallıq şəkilində, yeni formatda çatdırılması idi.

Tamaşanın quruluşçu rejissoru – Xalq artisti Məmməd Səfadır.

Tamaşada obrazları canlandıran tələbə-aktyorların ifası, aydın səhnə danışığı, geyimləri,əsərin məzmununa uyğun qurulan dekorasiyalar tamaşaçıları heyran etdi və alqışlarla qiymətləndirildi.
Qeyd edirik ki, Beynəlxalq Muğam Mərkəzində muğamın, milli, klassik və  etnik musiqinin təbliği və inkişafı məqsədi ilə həyata keçirilən tədbirlər və  möhtəşəm yaradıcılıq layihələri davam edir.

Noyabrın 19-da saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Televiziyası “Mədəniyyət” kanalı ilə birgə Əməkdar artist, vokal sənətinin görkəmli nümayəndəsi İdris Mehdiyevin yaradıcılığına həsr olunmuş xatirə gecəsi keçiriləcək.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: