EventsFestivallarTəqdimatƏyləncə

Beynəlxalq Bakı Tanqo Festivalı

Argentinanın Azərbaycandakı Səfirliyi“United Cultures”-in The Landmark Baku, Bakı Metropoliteni, Nizami Kino Mərkəzi“Nizami Restaurant&Lounge” ilə birgə IN Tango Baku,Tango On, El Club de Tango, Badi Kuba və R&N-project Dance School in Baku-nun dəstəyi ilə təşkilatçılıq etdiyi Beynəlxalq Bakı Tanqo Festivalı 29 Noyabr – 1 Dekabr tarixlərində 3-cü buraxılışı ilə geri qayıdır.
Festivalda nüfuzlu beynəlxalq rəqqaslar ehtiras dolu duyğularını paylaşacaqlar. 3-cü dəfə keçirilən festivalda xüsusi qonaq qismində Argentinanın 2019 Dünya və Avropa Çempionları Aqustina Piyacco Maksim Gerasimo(Argentina/Rusiya), Akosta Levan Qomelauri (Gürcüstan) iştirak edəcəklər. Onlar rəqs elementlərinin zərifliyi ilə hər kəsi heyran edirlər.
Nəzərinizə çatdırırıq ki, festivalda Viktor Hüqo Vilena Lautaro Tisseranı da görə biləcəksiniz. Argentinada təhsil almış bandoneon ifaçısı Viktor Hüqo Vilena dövrün ən yaxşı bandoneonistlərindən biri hesab olunur. Lautaro Tissera isə müasir tanqo və Argentina musiqisində ən görkəmli gitara ifaçılarından biridir.
Möhtəşəm şounu izləmək, musiqi dinləmək və rəqs etmək üçün 3 günlük Tanqo festivalı şəhərimizin sakinlərinə təqdim olunur. Çıxışlar arasındakı intervallarda rəqs səhnəsi sərbəst tanqo üçün tamaşaçıların ixtiyarına veriləcək və hər kəs Argentinanın Tanqo ruhunu hiss edə biləcək.
Festivalın məqsədi Argentina mədəniyyəti və musiqisini tanıtmaq və iştirakçıları yeni sənətçilər, rəqqaslar və ritmlər kəşf etməyə dəvət etməkdir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!