TANINMIŞ RUSİYALI VOKAL MÜƏLLİMİ AZƏRBAYCAN DÖVLƏT AKADEMİK OPERA və BALET TEATRINA DƏVƏT EDİLIB

Rusiyanın Xalq artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı, Moskva Dövlət Konservatoriyası vokal kafedrasının professoru Larisa Rudakova Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının  rəhbərliyi tərəfindən Bakıya dəvət olunmuşdur. Fevralın 5-dən 15-dək olan müddətdə o Teatrın solistləri ilə ustad dərsləri keçirəcəkdir.

L.Rudakova Sverdlovsk (indiki Yekaterinburq) şəhərində anadan olmuşdur. 1992-ci ildə Moskva Dövlət Konservatoriyasının vokal sinfini bitirmişdir (müəllimi – Xalq artisti, professor İ.İ.Maslennikova). Elə həmin il Rusiya Akademik Böyük  Teatrının vokal truppasına qəbul edilmiş və bu teatrın səhnəsində lirik-koloratur səs tembri üçün nəzərdə tutulmuş partiyaları böyük ustalıqla ifa etmişdir.  Bir çox mötəbər vokal müsabiqələrinin (Vokalçıların Rimski-Korsakov adına beynəlxlaq müsabiqəsinin I mükafatı (1994); Vokalçıların Fransiska Vinyas adına 32-ci beynəlxalq müsabiqəsinin Qran-pri mükafatı laureatı (Barselona, 1994) qalibi olmuş. 1995-ci ildə BBC telekompaniyası dünyanın beş ən yaxşı gənc opera müğənniləri sırasına onun da adını daxil etmişdi.

L.Rudakova Nyu-York Metropoliten operası, habelə Avropanın ən mötəbər opera teatrlarının – Hamburq, Florensiya, Zalsburq, Belçika, Fransa, İtaliya və b. səhnələrində çıxış etmiş, bir çox  görkəmli dirijor və orkestrlərə çalışmışdır.

Müxtəlif dövrlərdə o N.Qedda, V.Kazarova, P.Dominqo, F.Arayza, L.Nuççi, Y.Nesterenko, Y.Obraztsova, T.Sinyavskaya kimi dünya şöhrətli vokalçılarla birlikdə çıxış etmişdir.

L.Rudakova teatr tamaşalarında çıxış etməklə yanaşı, geniş konsert fəaliyyəti ilə də məşğul olur. O həm də P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasını professoru olub, pedaqoq kimi çalışır. Rudakovanın tələbələri bir sıra beynəlxlaq müsabiqələrin laureatıdır. Onlar Moskva və Avropanın müxtəlif opera teatrlarının solistləridir.

Ümid edirik  L.Rudakovanın Bakıya səfəri və onun Azərbaycanın gənc vokalçıları ilə aparacağı ustad dərsləri də solistlərimiz üçün faydalı olacaqdır.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: