Beynəlxalq Muğam Mərkəzi növbəti konfransını Azərbaycanın milli musiqi aləti olan tara həsr edəcək

20 Aprel saat 12:00 –da Beynəlxalq Muğam Mərkəzində “Dəyirmi masa”layihəsi çərçivəsində  “ Azərbaycan tarının ,tar ailəsinin ölçü sistemləri və əmsallarının təyin edilməsi məsələləri ” –elmi-praktiki konfrans keçiriləcək.

İştirakçılar:Xalq artisti ,professor Murad Hüseynov,Xalq artisti,professor Səyavuş Kərimi,Milli konservatoriyanın prorektoru Lalə Hüseynova, Xalq artisti Möhlət Müslümov, Xalq artisti Ağasəlim Abdullayev və regionlardan dəvət olunmuş tar ustaları-Nəsib Quliyev, Vaqif Orucov, Ağamir Həsənov, Güləli Bayramov, İntiqam Abdulqədirov,Əbdüləli Fətəliyev,İxtiyar Seyidov,Zöhrab Mürsəlov,Səbuhi Abdullayev,Musa Yaqub,Vələdov Zahid,Aslan Məhərrəmov.

Məruzəçi Milli Konservatoriyanın Milli Musiqi Alətlərinin təkmilləşdirilməsi (elmi-tədqiqat ) labaratoriyasının rəhbəri Məmmədəli Məmmədov.

Tədbir Beynəlxalq Muğam Mərkəzinin “Dəyirmi masa” layihəsi çərçivəsində BeynəlxalqMuğam Mərkəzinin və Milli Konservatoriyanın birgə təşkilatçılığı ilə həyata keçirilir.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: