“Tarixin tozu ilə örtülmüş” rəsmlərin sərgisi açıldı-FOTO-lar

Fevralın 8-də Azərbaycan respublikası mədəniyyət və turizm Nazirliyinin Muzey mərkəzinin Sərgi qalereyasında “Minabi – Kainat Naxışları” adlı  ilk fərdi sərgi açıldı və bu sərgidə gənc rəssam Milena Nəbiyevanın əsərləri təqdim olundu.

“Minabi – Kainat Naxışları” sərgisi müəllifi əhatə edən şəxsi təəssüratları təmsil edən parlaq palitradır. Bu, nəinki rəsm əsərlərində, eləcə də, mebeldə, qablar üzərindəki bəzək nümunələrində, parçada və aksessuarların yaradılmasında da təzahür edir.
Bu cür müxtəlifliyi rəssamın bölüşmək istədiyi Dünyası yaratmışdır. Milena Nəbiyevanın rəsm əsərlərinin fərqli xüsusiyyəti rəsmin yaradılmasına onun qeyri-standart yanaşmasından ibarətdir. Ənənəvi akril və yağlı boyalardan savayı, o Swarovski daşlarından istifadə edir. Rəssamın söylədiyi kimi, o nəinki rəng baxımından boyalara böyük parlaqlıq vermək istəyir, eləcə də, onların qığılcımlarına büllur zolağın parıltısını da bəxş etmək niyyətindədir. Rəssamın əsərlərində boyaların uzlaşması – həyata qarşı sevginin qələbəsi, günəş rənglərinin parlaq təzahürü olub, müəllifin xarakterinə xasdır.
Milena Nəbiyevanın sənəti yolu türk motivlərinə xas olan naxışlara qarşı marağın oyanmasından başlanmışdır. Məhz naxışlar rəssamın yaradıcılığının əsasını təşkil edir. O etiraf edir: «Naxışlar istənilən şəkildə mənim marağıma səbəb olur. Mənim tarixlə çoxdan maraqlanmağım naxışlı rəsmlərin öyrənilməsində də öz əksini tapdı. Xüsusilə də, “tarixin tozu ilə örtülmüş” rəsmlərdən söhbət gedir. Onların məzmununda o dərəcədə mistika, sirlər,dərin məna gizlənmişdir ki». Müəllif təsdiq edir ki, naxışlar bizi hər tərəfdən əhatə edir. Onları yalnız görməyə çalışmaq lazımdır – gölməçədə, yarpağın kölgəsində, şüşədəki əksimizdə…
Təsvirin naxışlı şəbəkəsini tamaşaçının diqqətinə təqdim etməyə çalışan rəssam həddən artıq mürəkkəb olan və diqqət ilə təmkin tələb edən kontur texnikasından tez – tez istifadə edir. Milena üçün bu texnika ilə işləmək gerçəkliyin sərhədlərinin silinərək mənəvi uçuş abu – havasının hökm sürdüyü dünyaya nüfuz etməyə bənzəyir.

Sərgidəki əsərlər insanı sözün əsl mənasında valeh edir. Qeyd edək ki, sərgi ayın 11-dək davam edəcəkdir. Möhtəşəm açılışdan fotoları sizə təqdim edirik. Fotolar Rustam Gasımova məxsusdur. Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: