ŞəkillərSəyahət

Tbilisi Photo Festival

Cari ilin sentyabr ayında Gürcüstanın paytaxtı Tbilisi şəhərində beynəlxalq Tbilisi Foto Festivalı keçiriləcəkdir. Bununla bağlı, Tbilisi Foto Festivalın Rezident Proqramı elan edilmişdir. Aldığımız məlumata (festival haqqında məlumat əlavə olunur) görə festivalda Avropa regionundan (Avropa Şurasının üzvü olan ölkələr) və İrandan fotoqrafçılar, foto kuratorlar iştirak edə bilərlər.

Festivalın Rezident Proqramında iştirak etmək istəyən namizədlər müvafiq ərizə formasını (elektron ərizə forması əlavə olunur) doldurmalı, həmçinin  öz tərcümeyi halını (CV), çəkdikləri fotoları (15 MB həddini keçməyən 20-yə qədər foto şəkil yerləşdirilə bilər), fəaliyyətləri barədə hər hansı sənəd və ya məqaləni, fəaliyyətləri barədə peşəkar biliyə malik olan şəxsin adı və əlaqə nömrələri barədə məlumatı əlavə etməlidirlər. Ərizələrin son qəbul müddəti cari ilin 08 may tarixinə qədərdir.

Proqramda iştirakı təsdiqlənmiş şəxslər 2-5 həftə (20 May-30 Dekabr) ərzində Tbilisi şəhərində qalaraq ən azı 15 gün çalışmalıdırlar. Rezident Proqrama seçilmiş fotoqraf və ya foto kuratorlar 1000 avro məbləğində təqaüd alacaq, onların Tbilisiyə səfər xərcləri (təxminən 400 avro), qalma xərcləri ödəniləcək və yekun işlərin təqdimatı ilə bağlı xərclərə də əlavə dəstək göstəriləcəkdir.

Festival haqqında əlavə məlumatı http://www.tbilisiphotofestival.com  internet səhifəsindən əldə etmək olar. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!