EventsIqtisadiyyatTəhsilTəqdimatƏn Son

TED təşkilatının lisenziyası ilə daha bir TEDx tədbiri keçiriləcək

Bakımızda dünyaca məşhur TED təşkilatının lisenziyası ilə daha bir TEDx tədbiri keçiriləcək. Bu dəfəki TEDx tədbiri çox maraqlı ad və aktual şüar ilə qonağımız olacaq: TEDxYasamalED, Transformasiya üçün Təhsil. 21 aprel, 2019 tarixində, Azərbaycan Müəllim İnkişafı Mərkəzinin ev sahibliyində keçiriləcək tədbirdə Azərbaycan təhsilinin etalon nümayəndələri və gözlənilməz simalar 10-12 dəqiqəlik TEDx formatında çıxışlar edəcəklər. TEDx ənənəsinə uyğun olaraq musiqi, rəqs ifaları da həmin tədbiri daha maraqlı hala gətirəcək. TEDxYasamalED tədbirində elə çıxışlar və spikerlər seçilmişdir ki, izləyicilər sanki maraqlı serialı izləyirmiş kimi ard-arda gələn spikerləri gözləyəcəklər. Tədbir haqqında ətraflı məlumat üçün tədbirin FB adresinə baxa bilərsiniz. (https://www.facebook.com/events/574853289697777/)

TEDxYasamalED

Tarix, saat: 19 aprel 2019, 13:00-18:00

Yer: Avropa Azərbaycan Məktəbi Həsən Məcidov 7 C, Yasamal, Bakı

Online bilethttps://bit.ly/2UjeR9R

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!