“Açıq mikrofon” gənclərin musiqi marafonu keçirilib

2 fevral – Gənclər Günü münasibətilə Gənclər və İdman Nazirliyinin və MAG (Müasir Azərbaycan Gənci) verilişinin təşkilatçılığı ilə “Açıq mikrofon” gənclərin musiqi marafonu keçirilib. Tədbirdə Gənclər və İdman nazirinin müavini İntiqam Babayev iştirak edib.

Musiqili marafonda istedadlı gənclər öz məharətlərini səhnədə nümayiş etdiriblər. Konsert proqramının xüsusi qonaqları Hiss, PRoMete, Tomris, Samirə Əfəndi, Fariz İlyasov, Anar Bəylər, Ayaz Babayev, Fərid Həsənov, Məlik Ramiz, Amir Paşayev, Cavidan Fətihi, Vüsal Rzasoy, Fərid Həsənov, Bəxtiyar Məmmədov, “The RED jungle”, “Jafarlinsky Band”, “East or Weast”, “Vivace Kvartet”, “AMAROK” qrupu, “Stage New Life” rəqs qrupu, “Grifon dance studio”, Sübhi Abbas, DJ Vebo və digər sürpriz ifaçılar tanınmış bloqqerlərin təqdimatı ilə çıxış ediblər.

Bu möhtəşəm gündə gənclər maraqlı hədiyyələr qazanmaq şansı da əldə ediblər.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: