EventsIqtisadiyyatTəqdimat

TOPs layihəsinin təsirinin ölçülməsi üçün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Elmi Tədqiqat işi həyata keçilirib

TOPs layihəsi çərçivəsində Təhsil Nazirliyinin sifarişi əsasında ADBTİA-nın Elmi-Tədqiqat laboratoriyasında şagirlərin müayinəsi həyata keçirilib. Tədqiqat işini ADBTİA-nın müəllim və professor heyətindən ibarət mütəxəssislər həyata keçirmişlər.

11 May tarixində baş tutan müayinədə Xətai rayonunun 269 və 24 saylı məktəblərinin şagirdləri iştirak edib. Müayinədə TOPs metodologiyası tətbiq olunan 269 saylı məktəbin şagirdləri ilə proqramı icra etməyən 24 saylı məktəbin şagirdlərinin fiziki göstəriciləri qeydə alınıb. Tədqiqatda şagirdlərin Biodex balance, InBody 770, 3D antropometriya cihazları vasitəsilə qeyri-invaziv müayinə yolu ilə əzələ-sümük sistemlərinin fəaliyyəti, müvazinəti dəyərləndirilib, testlərlə psixoloji durumu öyrənilib. Elmi Tədqiqatın əsas  məqsədi hər iki məktəb şagirdlərinin göstəriciləri əsasında müqayisəli təhlil apararaq TOPs layihəsinin təsir səviyyəsini müəyyənləşdirməkdir. Əldə olunmuş nəticələrin qısa zaman ərzində açıqlanması gözlənilir.

TOPs layihəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council, ADBTİA və “İnkişaf Naminə İdman” ictimai birliyinin tərəfdaşlığı ilə həyata keçirilir.

Proqram ümumtəhsil məktəblərində fiziki tərbiyə fənnini tədris edən müəllimlərin TOPs metodologiyası ilə bilik, bacarıqlarının zənginləşdirilməsi və şagirdlərin sağlamlıqlarının möhkəmləndirilməsi məqsədi ilə həyata keçirilir. Bu metodika fiziki tərbiyədə həm də inklüziv tədrisin həyata keçirilməsini təmin edən təlim metodlarını da özündə birləşdirir.

Azərbaycanda artıq dörüncü mərhələsi həyata keçirilən proqramın tətbiqinə ilk dəfə pilot layihə kimi 2014-cü ildən start verilib. İlkin mərhələdə Bakı şəhərinin 3 məktəbinin 30-a yaxın fiziki tərbiyə və ibtidai sinif müəlliminin TOPs proqramına dair təşkil edilmiş yerli və beynəlxalq səviyyəli təlim kursları nəticəsində bilik va bacarığı artırılıb. Təlimləri Böyük Britaniyadan dəvət olunmuş TOPs proqramı üzrə mütəxəssislər keçiblər.

2015-2017-ci tədris illərində bu layihəyə Bakı və Sumqayıt şəhərindən ümumilikdə 72 məktəb, internat evi və liseyi qoşulub. Bu müddət ərzində 200 nəfər ibtidai sinif və 500 – ə yaxın fiziki tərbiyə müəllimi  (ümumilikdə 700 müəllim) yerli və xarici mütəxəssislər tərəfindən təlimlərə cəlb olunaraq sertifikatlandırılıblar.

Qeyd edək ki, 2017-2018 ci tədris ilində TOPs layihəsi məktəblərin sayı 150-yə çatdırılıb. Bu məktəblər Bakı ətrafı rayonlar da daxil olmaqla, Sumqayıt, Abşeron, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Qubadlı və Laçın  rayonlarını əhatə edir. Sonuncu tədris ilinə təlimlərə cəlb olunmuş müəllimlərin sayı 1000 nəfərdən artıq olmuşdur. Layihədən yararlanan şagirdlərin sayı isə 140 000 –dən artıq olmuşdur.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!