EventsMusiqi

Azərbaycan Xalq Cümhuriyətinin 100 illiyinə həsr olunmuş konsert keçirilib

Mayın 25-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Xalq Cümhuriyətinin  100 illiyinə həsr olunmuş konserе keçirilib. Konsertdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri çıxış ediblər. Tədbir Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə keçirilib.
Beynəlxalq Muğam Mərkəzində daima Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Milli Konservatoriyasının tələbələrinin, uşaq musiqi məktəblərinin şagirdlərinin iştirakı ilə tədbirlər keçirilir,BMM-nin və ADMİU-nun “Yeni nəsil dəvət edir” adlı birgə layihəsi və b.
  Konsertdə F.Şopenin “Ballada”, “Qrand polonez”, A.Vivaldinin “İlin fəsilləri”, F.Kreyslerin “Çin tanburini”, F.Sücətdinovun “Qaytağı”, N. Paqaninin “Kampanella”,H. Venyanskinin “Skertso-tarantella”,C.Cahangirovun “Ana”, C.Friskobaldinin “Tokkata”, T.Quliyevin “Azərbaycan elləri” əsərləri səslənib.
 Tamaşaçılar qarşısına Nərmin İsmayılova, Nərgiz Əliyeva,  Ayşə Cəmil, Alim Abdullayev, Cavanşir Rüstəmbəyli, Cannel Nəcəfli, Vaqif  Qurbanov,   Pərvin Vəlizadə, Ərol Rzayev, Sona İsgəndərli, Leyla Zeynalova piano, tar, klarnet, violin və digər musiqi alətlərində ifa ediblər.
 Konsert  musiqisevərlər tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, mayın 29-da Beynəlxalq Muğam Mərkəzinin “Aşıq musiqisi axşamları” layihəsi çərçivəsində “Yeni səslər, qədim havalar” adlı tədbir keçiriləcəkdir.
Biletləri şəhərimizin kassalarından,”ASAN xidmət” mərkəzlərindən və iticket.az saytından əldə edə bilərsiniz.
Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!