EventsMusiqiMədəniyyətTəqdimat

Beynəlxalq Muğam Mərkəzində “Azərbaycan tarı dünən bu gün və sabah” mövzusunda dəyirmi masa keçiriləcək

Beynəlxalq Muğam Mərkəzində “Azərbaycan tarı  dünən bu gün və sabah” mövzusunda dəyirmi masa keçiriləcəkdir
2019- cu il fevralın 28- də saat 12:00-da Beynəlxalq Muğam Mərkəzində  Beynəlxalq Muğam Mərkəzinin “Dəyirmi masa” layihəsi çərçivəsində  Beynəlxalq Muğam Mərkəzinin Milli Konservatoriya ilə  birgə təşkil etdiyi “Azərbaycan tarı, dünən bu gün və sabah” adlı tədbir  keçiriləcəkdir.
Güclü və özünəməxsus səs tembrinə malik olan Azərbaycan tarı həm solo, həm də orkestrlərdə virtuoz ifa imkanlarına malik olmaqla seçilir. Tar  ifaçılığı sənətinin  çoxəsrlik inkişaf və təkamül yolu Azərbaycan musiqi tarixində  bir sıra ustad tarzənlərin meydana gəlməsinə möhkəm zəmin yaratmışdır. Qoyulan məsələyə daha geniş rakursdan baxmaq üçün 28.02.2019-cu il tarixində saat 12:00-da  Beynəlxalq Muğam Mərkəzində, “Azərbaycan tarı dünən, bu gün və sabah” adlı tədbir həyata keçiriləcəkdir.
Beynəlxalq Muğam Mərkəzinin “Dəyirmi masa” layihəsi çərçivəsində Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Milli Konservatoriyasının  birgə təşkilatçılığı ilə keçirilməsi nəzərdə tutulan növbəti dəyirmi masada rektor, xalq artisti, professor Siyavuş Kərimi, Beynəlxalq Muğam Mərkəzinin direktoru, xalq  artisti, professor Murad Hüseynov, AMK-nın elmi işlər üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Lalə Hüseynova, Bakı Musiqi Akademiyasının prorektoru, fəlsəfə elmləri doktoru Gülnaz Abdullazadə, görkəmli tarzənlər – xalq artistləri Ramiz Quliyevin, Ağasəlim Abdullayevin, Möhlət Müslümovun, Fikrət Verdiyevin,  əməkdar artist – Ələkbər Ələkbərovun və digər tanınmış tar ifaçılarının, həmçinin AMK-nın “Milli musiqi alətlərinin təkmilləşdirilməsi”,  elmi-tədqiqat laboratoriyası”nın rəhbəri Məmmədəli Məmmədovun, Bakı Musiqi Akademiyası elmi-tədqiqat laboratoriyasının rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru  Nuridə İsmayılzadənin   iştirakı nəzərdə tutulmuşdur.

İştirakçıların tar alətinin yaranma tarixi, inkişaf mərhələləri, görkəmli tarzənlər, ifaçılıq sənətinin gələcək perspektivləri, tarın təkmilləşdirilməsi və bərpası kimi mövzularda  məruzələri dinləniləcəkdir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!