EventsMusiqiMədəniyyətTəqdimat

Beynəlxalq Muğam Mərkəzində “Yeni nəsil dəvət edir” layihəsi uğurla davam edir

Frame.az—-Aprelin 17-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqi sənəti” fakültəsinin “Xalq çalğı alətləri ifaçılığı” kafedrası tələbələrinin konsert proqramı təqdim edilib.
Tədbir Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə “Yeni nəsil dəvət edir” layihəsi çərçivəsində həyata keçirilib.

Konsert Xalq artisti, professor Zamiq Əliyevin bədii rəhbərliyi altında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin xalq çalğı alətləri ansamblının “Bayatı-Şiraz” dəramətinin ifası ilə başlanıb.
Sonra universitetin tələbələrinin ifasında S.Əliyevanın “Ana”, H.Rzayevin “Cahargah rapsodiyası”, V.Adıgözəlovun “Şuşam laylay”, “Laylay”, C.Cahangirovun “Qəzəl”, A.Bəbirovun “Konsert”pyes, S.Kəriminin “Ömrümün istəyi”, D.Dadaşovun “Çinarənin sevinci”, F.Kreyslerin “Məhəbbət sevinci”, A.Piazollanın “Ave Mariya” əsərləri səslənmişdi.

Tədbirin sonunda ADMİU-nun хalq çalğı alətləri orkestrinin kamera heyyətinin ifasında Q.Qarayevin “Ehtiraslı rəqs” və V.Adığözəlovun “Qərənfil” əsərləri ifa edilmişdi.

Konsert maraqla qarşılandı və gur alqışlarla sona yetdi.

Qeyd edirik ki, Beynəlxalq Muğam Mərkəzində mili ədəbi və mədəni irsin təbliği və inkişafı məqsədi ilə həyata keçirilən tədbirlər və möhtəşəm yaradıcılıq layihələri davam edir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!