Ümummilli Lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Beynəlxalq Muğam Mərkəzinin və  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Yeni nəsil dəvət edir” birgə  layihəsi çərçivəsində  189-190№li orta məktəbinin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin 95 illik yubileyinə  həsr olunmuş tədbir keçirilib.

 Tədbirdə ADMİU-nun  tələbələri və 189-190№li orta məktəbinin şagirdləri çıxış ediblər.

 Tələbələrin ifasında Tofiq Quliyevin , Emin Sabitoğlunun,  Cahangir Cahangirovun,Müslüm Maqomayevin, Sevil Əliyevanın əsərləri səsləndi.

Məktəbin şagirdləri Hüseyn Cavidin, Cəlil Məmmədquluzadənin əsərlərindən parçalar, Bəxtiyar Vahabzadənin, Vahid Əzizin, Zəlimxan Yaqubun, Məmməd Arazın şerlərini səsləndiriblər.

Gənc ifaçıların çıxışları sürəkli alqışlarla qarşılanıb.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: