Beynəlxalq Muğam Mərkəzində tanınmış bəstəkar Telman Hacıyevin yaradıcılığına həsr olunmuş möhtəşəm konsert keçirilib

Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində keçirilən konsert tanınmış bəstəkar Telman Hacıyevin yaradıcılığına həsr olunmuşdu.
Tədbir Azərbaycan Televiziyası və Radiosu “Mədəniyyət” kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilmişdi.
Konsertdə  bəstəkarın mahnılarını Xalq artistləri – Teyyub Aslanov – “Abşeron” , Gülyanaq Məmmədova – “Mənim arzularım”,  Gülyaz Məmmədova – “Dağlar qızı” ,  Əməkdar artistlər – Rəşad İlyasov  – “Xalidə”, Gülüstan Əliyeva- “Küsmüşəm”, Bəyimxanım Vəliyeva -“Könlümün yadigarı”, Zakir Əliyev – “Məzəli mahnı”,  Azərbaycan Televiziyası və Radiosunun solistləri – Sərxan Bünyadzadə -“Gözləyən var məni”, Sədəf Budaqova – “Nəyi gözləyirsən”  ifa etdilər.
 Konsertin son nömrəsi olan “Lalələr” mahnısı Teyyub Aslanov, Zakir Əliyev və Sərxan Bünyadzadənin ifasında səsləndi.
İfaçıları  xalq artisti Ağa Cəbrayıl Abasəliyevin bədii rəhbərliyi altında “Səadət” instrumental ansamblı müşayiət edirdi.
Tədbiri əməkdar artist Rəşad İlyasov aparırdı.
Konsert maraqla qarşılandı və gur alqışlarla sona çatdı.

Qeyd edirik ki, Beynəlxalq Muğam Mərkəzində mili ədəbi və mədəni irsin təbliği və inkişafı məqsədi ilə həyata keçirilən tədbirlər və möhtəşəm  yaradıcılıq  layihələri davam  edir.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: