EventsFrame LifeSosialTəqdimat

“Səssizliyin Səsi olaq – Gənclər arasında işarət dilinin təbliğinin təşkili” layihəsinin növbəti tədbiri keçirilib

Azərbaycan Respublikası Gənclər fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Səssizliyin Səsi olaq – Gənclər arasında işarət dilinin təbliğinin təşkili” layihəsinin növbəti və  yekun mərhələsi Lənkəran dövlət Universitetində  çox maraqla qarşılandı.  Tədbiri giriş sözü ilə açan LDU-nin Sosial Məsələlər Üzrə prorektoru dosent Kazımov Kamran ilk olaraq Universitetin rektoru pr. Natiq İbrahimov adından hər  kəsi salamlayaraq,bu layihənin günümüzdə çox  əhəmiyyətli olmağından danışdı. O bildirdi ki,  “Bu gün ölkəmizdə  əlilliyi olan şəxslərə diqqət və qayğının artırılması, onlar üçün  bir çox  Universitetlərdə yaradılan imkanlar, təhsilin əlilliyi olan şəxslər üçün daha əlçatan olması   cənab Pezident  İlham Əliyev və vitse-prezident Mehriban Əliyevanın əlilliyi olan şəxslərə diqqətinin nümünəsidir. Bununla əlaqədar olaraq  LDU-nin yeni korpusu  məhz əlilliyi olan gənclər üçün hazırlanır. Belə bir layihələrə və məhdudiyyətli gənclərə dəstək olan, Azərbaycan Respublikası Gənclər Fonduna xüsusi təşəkkürümü bildirirəm.”

Daha sonra Layihə rəhbəri eşitmə məhdudiyyətli gənc  Nərgiz Abdulova layihəsi haqqında  məlumat verib. Layihənin əsas məqsədi, gənclər arasında işarət dilinin  təbliğini aparmaq, onların eşitmə və nitq məhdudiyyətli gənclərlə ünsiyyətini yaratmaq, eşitmə və nitq məhdudiyyətli gənclərin cəmiyyətə inteqrasiyasına yardımçı olmaq, tipik insanlarla, eşitmə məhdudiyyəti olan gənclərin fikir mübadiləsi aparmasına dəstək və ümumiyyətlə bu dili Azərbaycanda tanıtmaqdır.

Tədbirdə qonaq qismində iştirak edən “Əlilliyi olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İB-nin sədri Səbinə Kərimova və   “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım “İB-nin rəhbəri  Cəmilə Çingizqızına  verilib. Əlilliyi olan şəxslərlə çalışan təşkilat rəhbərləri ilk olaraq Azərbaycan Gənclər Fonduna təşəkkür edərək bu tip layihələrin gənclər üçün əhəmiyyətli olmasından danışıblar. “Əlilliyi olan şəxslərə diqqət, hər bir Azərbaycanlının borcudur” deyən təşkilat rəhbərləri, eşitmə məhdudiyyətli gənc və layihə rəhbəri Nərgiz Abdulovaya uğurlar arzulayıblar.

Daha sonra işarət dili təlimçiləri Aytac Qədirova və Günel Mürsəlli  bu dil haqqında geniş məlumat verdilər. İştirakçılara  Gənclər Fondunun maliyyə dəstəyi ilə hazırlanan,  İşarət dili əlifbası və bu dil haqqında məlumatlı  bukletlər paylanılıb. Təlimdə LDU-nin gənclərinin,  Bakidan gələn eşitmə məhdudiyyətli gənclər ilə İşarət dilində  ünsiyyət qurmasına həvəslərinin olması çox maraqla qarşılandı. Təlim gənclərlə birgə çay sufrəsi ətrafında müzakirələrlə davam etdi. Gənclər təlimin çox maraqlı və əhəmiyyətli olmasından danışdılar.

Tədbirə Bakıdan gələn bir çox eşitmə məhdudiyyətli gənclərlə ,  “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım “İB-nin rəhbəri  Cəmilə Abdulova, “Əlilliyi olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İB-nin sədri Səbinə Kərimova,Sputnik.az saytnın Lənkəran bölgə müxbiri Rahim Muradov  və Lənkəran rayon KİV-nümayəndələri iştirak etdilər.

Sonda layihə rəhbəri Nərgiz Abdulova 20  nəfər məhdudiyyətli gənc üçün Lənkəran rayonunda Xan sarayı və Həzi Aslanovun ev muzeyinə ekskursiya təşkil etdi.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!