Azərbaycan Beynəlxalq Bankı Milli KSM Mükafatına layiq görüldü

Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə ilk dəfə olaraq keçirilmiş Korporativ Sosial Məsuliyyət (KSM) layihələri üzrə ümumrespublika müsabiqəsinin qaliblərindən olub. Bank ana dilimizdə elektron resursların yaradılmasına və fiziki məhdudiyyətli gənclərimizin cəmiyyətə fəal inteqrasiyasına dəstək məqsədilə onların iştirakı ilə reallaşdırdığı www.kitabidinle.az layihəsinə görə Milli KSM Mükafatı qazanıb. Bu layihə “Təhsildə inklüzivliyin təmin edilməsi üzrə ilin layihəsi” seçilib. Yanvarın 29-da Bakı Konqres Mərkəzində keçirilən təqdimetmə mərasimində Milli KSM Mükafatı Azərbaycan Beynəlxalq Bankına təqdim olunub.

Qeyd edək ki, KSM layihələri üzrə ümumrespublika müsabiqəsi Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, PROAKTİV PR şirkətinin, Avrasiya Beynəlxalq Əlaqələr və Araşdırmalar İctimai Birliyinin, eləcə də bir sıra dövlət qurumlarının birgə təşkilatçılığı ilə keçirilib. Müsabiqənin məqsədi ölkəmizdəki biznes subyektlərinin həyata keçirdiyi Korporativ Sosial Məsuliyyət layihələrinin sayının artırılmasına nail olmaq, bu sahədə motivasiya yaratmaqdır. Müsabiqəyə ölkənin ayrı-ayrı aparıcı biznes qurumları öz KSM layihələrini təqdim ediblər. Layihələr bir sıra dövlət qurumlarının nümayəndələrindən ibarət Münsiflər Heyəti tərəfindən anonim olaraq qiymətləndirilib və ilin layihələri seçilib.

Azərbaycan Beynəlxalq Bankının Marketinq departamentinin direktoru Nigar Tahirova bildirib: “Azərbaycan Beynəlxalq Bankı KSM layihələrinə hər zaman böyük önəm verir. Ötən il həyata keçirdiyimiz layihələrdən birinin Milli KSM Mükafatına layiq görülməsi bizim üçün çox böyük uğurdur. Biz bu mükafatı ilin layihəsi seçilmiş “Kitabı dinlə” layihəsinə iştirakları ilə dəyər qatan gənclərimizlə birgə qazanmışıq. Onları da bu münasibətlə təbrik edirik. Bu cür faydalı layihələrimiz gələcəkdə də davam etdiriləcək”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Frame.az

 

 

 

 

 

 

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: