Beynəlxalq Muğam Mərkəzində Dünya Azəbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş möhtəşəm tədbir keçirilib

Dekabrın 24-də Muğam Mərkəzində Səbail Rayon İcra Hakimiyyəti, Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Televiziya və Radio verlişləri Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azəbaycanlılarının Həmrəyliyi Günü və yeni ilə həsr olunmuş ədəbi-musiqili tədbir keçirilmişdir. Tədbirdə rayon rəhbərliyi, Milli Məclisin deputatları, rayondakı idarə və təşkilatların, elm və təhsil müəssisələrinin, gənclər, veteranların və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov bildirmişdir ki, möhtərəm Prezidentimiz İlham Əliyev dünya siyasətçiləri arasında öz siyasəti və gördüyü işlərlə xüsusi olaraq seçilən dövlət rəhbəridir. Ona görə bu dahi insanın siyasətini öyrənib təbliğ etmək vacib məsələdir. O, Azərbaycanda misli görünməmiş inkişaf və tərəqqi siyasətini həyata keçirən şəxsiyyətdir. Bu gün Prezident İlham Əliyevin siyasi xətti hazırki mürəkkəb dövrdə yeganə və alternativsiz siyasətdir və Azərbaycanımızın gələcək inkişaf və tərəqqisinə təminat verir.
Vüqar Zeynalov arxada qalan 2018-cı ildə rayonda görülmüş işlər, gələcəkdə həyata keçiriləcək layihələr barədə məlumat verərək tədbir iştirakçılarını – Dünya Azəbaycanlılarının Həmrəyliyi günü və yeni il münasibəti ilə təbrik etmişdir.
Qeyd olundu ki, 31 Dekabr tarixi Azərbaycan millətinin ümumdünya birlik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır və dünyanın 70-dən çox ölkəsində yaşayan azərbaycanlılar tərəfindən qeyd olunur.
1991-ci il dekabrın 16-da Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Beləliklə, 31 dekabr tarixi bütün azərbaycanlılar üçün əziz olan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edilir.
Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hazırda ulu öndərin bu estafetini də uğurla davam etdirir. Hazırda ölkə başçısının gördüyü işlər, həyata keçirilən siyasət Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında mühüm rol oynayır.
Tədbirdə Səbail rayon ictimaiyyətinin nümayəndələri adından ölkəmizin Prezidenti cənab İlham Əliyev doğum günü münasibəti ilə təbrik edilmiş, ona möhkəm can sağlığı, xöşbəxtlik, Azərbaycanımızın tərəqqisi və inkişafı, xoşbəxt gələcəyi naminə göstərdiyi möhtəşəm fəaliyyətində müvəffəqiyyətlər arzulanmışdır.
Beynəlxalq Müğam Mərkəzi tərəfindən hazırlanan konsert proqramında Azərbaycanın tanınmış incəsənət xadimlərindən xalq artistiləri Murad Hüseynov, Ənvər Sadiqov, Nəzakət Teymurova, Mənsum İbrahimov,əməkdar artistlər Emil Əfrasiyab, Ehtiram Hüseynov, pianoçu Nizami Əliyev çıxış etmişlər.
Konsert bütün ifaçıların Əlibaba Məmmədovun “Mənim Azərbaycanım” mahnısı ilə başa çatmışdır.
Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: