Beynəlxalq Muğam Mərkəzində Oktay Hacıyevin yaradıcılıq gecəsi keçirilib

Dekabrın 3-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Televiziyası və Radiosunun xalq çalğı alətləri orkestrinin solisti, unudulmaz Xan Şuşinskinin sonuncu tələbəsi Oktay Hacıyevin yaradıcılığına həsr olunmuş  gecə keçirildi.
 Tədbir Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Televiziyası və Radiosunun “Mədəniyyət” kanalının birgə layihəsi çərçivəsində həyata keçirilib.
Gecənin  əvvəlində  Oktay Hacıyevin öz ifasında “Qara tellər” xalq mahnısı səsləndi.
Sonra gecənin aparıcısı filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı və xanəndənin dostu, şair Ağakərim Nafis
Oktay Hacıyevin həyat  yolu və yaradıcılığından onun ecazkar sənəti haqqında danışdılar.
Tədbirin bədii hissəsində  Xalq artisti Zümrüd Məmmədova,  V.Mustafazadə adına “Sevil” vokal ansamblı, Şəhla Ələsgərovanın bədii rəhbərliyi altında Azərbaycan Televiziyası və Radiosunun xoru, xanəndələr Abgül Mirzəliyev, Türkay Məlikova, Elay Xasıyev, Məftun Məmmədli, Könül Məmmədli, Almaxanım Əhmədli, Elgiz Əliyev, Seymur Məmmədov, müğənnilər Sədaqət Ulduz, Nicat Cəfərzadə, Oktay Hacıyevin ifa etdiyi xalq və bəstəkar mahnılarını ifa  etdilər.
 İfaçıları  Xalq artisti Adil Bağırovun bədii rəhbərliyi altında Azərbaycan Televiziyası və Radiosunun Əhsən Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansamblı müşayiət edirdi.
Tədbir  böyük maraqla qarşılandı və sürəkli alqışlarla sona çatdı.
Qeyd edirik ki, Beynəlxalq Muğam Mərkəzində mili ədəbi və mədəni irsin təbliği və inkişafı məqsədi ilə həyata keçirilən tədbirlər və möhtəşəm  yaradıcılıq  layihələri davam  edir.

Dekabrın 5-də saat 19:00-da  Muğam Mərkəzində keçirilən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin yeni “Söz” adlı ədəbi layihəsinin ilk tədbiri Molla Pənah Vaqifin poeziyasına həsr olunacaq.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: