Beynəlxalq Muğam Mərkəzində Maqsud İbrahimbəyovun “Kərgədan buynuzu” tamaşası nümayiş olunub

Fevralın 18- də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin iştirakı ilə “Kərgədan buynuzu” tamaşası nümayiş olunub.
   Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar İncəsənət xadimi, kinodramaturq, rejissor Maqsud İbrahimbəyovun  “Kərgədan buynuzu” əsərinin motivləri əsasında hazırlanan tamaşaya Dram rejissoru ixtisasının rus bölməsinin IV kurs tələbələri Fəridə Nesterenko, Bella Klimaşeva, Yuriy Omelçenko, Raulya Rzayeva, Cahandar Cəfərli və Tamerlan Əsədov quruluş veriblər.
ADMİU-nun Ədəbiyyat və dillər kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Fəridə Səfiyevanın layihəsi əsasında hazırlanan tamaşada Teatr sənəti fakültəsinin Teatr və kino aktyoru ixtisasının rus bölməsi üzrə II və IV kurs tələbələri Samirə Rüstəmova, Mir Qabil Əkbərov, Turanə Heydərli, Mariya Dubovitskaya, Milana Sokolenko, Zaur Terequlov, Yuri Omelçenko, Səbinə Rzayeva, Cohar Abdullayev, Elnur Rzayev, Ümid Ababszadə, rejissor tələbələr Cahandar Cəfərli, Tamerlan Əsədov, eləcə də S.Vurğun adına Rus Dram Teatrının aktyoru, Əməkdar artist Maqsud Məmmədov çıxış ediblər.
Tamaşada aktyorların səhnə danışığı ilə Xalq artisti Ayan Mirqasımova və Əməkdar artist Azad Şükürov məşğul olub. Səhnə əsərinin plastik həlli Xalq artisti Pərviz Məmmədrzayevə, musiqi tərtibatı Aysel Əzizovaya aiddir.
Tələbələrin kurs rəhbərləri Xalq artisti, professor Cənnət Səlimova və Əməkdar artist Sona Mikayilovadır.

Tamaşada obrazları canlandıran tələbə-aktyorların ifası, aydın səhnə danışığı, geyimləri  tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: