“Regionun “Davos”u olan Uludağ Ekonomi Zirvesi-ndə Azərbaycan paneli təşkil olunacaq”

2019-cu il 22 və 23 mart tarixlərində Uludağda Capital, Ekonomist və Start-up jurnalları tərəfindən “Uludağ Ekonomi Zİrvəsi” tədbiri keçiriləcəkdir. Tədbir 2012-ci ildən bəri hər il təşkil olunur və Türkiyədən, o cümlədən dünyadan bir-birindən önəmli Spikerleri bir araya toplayır. Onlardan Baş Nazirin Sabiq müavini Mehmet Şimşek, Sabiq Nəqliyyat, Dənizçilik və Rabitə Naziri Əhməd Arslan, Muhtar Kent, Ali Sabancı, Hüsnü Özyeğin, Nouriel Roubini, Marc Faber, Hamdi Ulukaya, Christian Wulff, Jack Straw, FatihTerim, Kai Georg Diekmann, Jared Cohen, Jean Claude Trichet, Begümhan Doğan Faralyalı, Bülent Eczacıbaşı, Andy Grignon, Ali Koç, Emine Kamisli, Simon Calder, Darrel West, Mark Mulloch-Brown, Əli Kibar, Cem Boyner kimi iqtisadiyyat dünyasında öz sözünü demiş bir çox önəmli şəxslərin adlarını çəkmək olar.

Biznes dünyasının dünyadakı ən mühüm görüş yerlərindən biri olan “Uludağ Ekonomi Zirvəsi”, iki gün ərzində 2000-ə yaxın iştirakçını qəbul edəcək. Sammitin bu ilki mövzusu “Gələcək” olacaq və sənayedən ticarətə, istehsaldan pərakəndəyə, maliyyədən təhsilə qədər bir çox sektor haqqında danışılacaq, biznes dünyasına və iqtisadiyyata yeni istiqamət verəcək inkişaflar müzakirə ediləcəkdir.

Bu il keçiriləcək “Uludağ Ekonomi Zirvesi”ndə Azərbaycana həsr olunacaq panelin təşkili də nəzərdə tutulur. FA International Trade Events şirkəti ilə “Uludağ Ekonomi Zirvesi” arasında olan əməkdaşlıq çərçivəsində tədbirdə Azərbaycanlı iş adamlarının və bir sıra dövlət rəsmilərinin çıxış etmə imkanı və iştirakı barədə razılığa gəlinmişdir. FA International Trade Events şirkətinin rəhbəri Nail Babayev “Uludağ Ekonomi Zirvesi”nin təsisçisi Rauf Ateş`lə görüşü zamanı Azərbaycanın Qafqazdakı ən böyük iqtisadiyyata malik olduğunu vurğulamış və bu çərçivədə Zirvədə Azərbaycana xüsusi bir panelin həsr edilməsinin önəmini bildirmişdir. Regionun “Davos”u adlandırılan tədbirdə Azərbaycan şirkətlərinə və iştirakçılarına xüsusi yanaşma və imkanlar yaradılacaqdır. Tədbir çərçivəsində baş tutacaq “Stars of Region” starup yarışmasında da Azərbaycan start-upları iştirak üçün müraciət edə bilər, investisiya imkanı əldə etmək üçün qlobal investorlar qarşısında öz start-uplarının təqdimatını etmə imkanı əldə edəcəklərdir.

FA International Trade Events tədbirdə iştirak etmək istəyən şirkətləri əməkdaşlığa dəvət edir. Həmçinin gəlinən razılığa əsasən azərbaycanlı iştirakçılar “FA_UEZ2019” promo kodundan istifadə etməklə 20 % endirim əldə edə bilərlər.

Aşağıdakı əlaqə vasitələrindən istifadə edə bilərsiniz.

Tel: +994 12 464 83 32

Əməkdaşlıqla bağlı: uez@futureadvantage.events

Startuplar üçün: startup@futureadvantage.events

Fərdi iştirak üçün: delegate@futureadvantage.events

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: