EventsMədəniyyətTəqdimat

“Novruz ənənələri milli-mənəvi dəyərlərin təcəssümü kimi ” mövzusunda elmi seminar keçiriləcək

Beynəlxalq Muğam Mərkəzində 2019- cu il martın 15-də saat 12:00-da Beynəlxalq Muğam Mərkəzinin  “Dəyirmi masa”layihəsi çərçivəsində “Novruz ənənələri milli-mənəvi dəyərlərin təcəssümü kimi ” mövzusunda elmi seminar keçiriləcəkdir.
Tarixi çox qədim olan Novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə qeyd olunur. Novruz əsrlərin dərinliyindən gəlib bizim günlərə çıxmış ən gözəl bayramlardan biridir. Novruz bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir.  Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərilməsi kimi sağlam bir təməl yaratmışdır.
Azərbaycan Respublikasının birinci Vitse prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım  Əliyevanın diqqət və qayğısı sayəsində 2009-cu ildə  Novruz bayramı YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməklə  Azərbaycan mədəniyyətinin tarixinə daha bir parlaq səhifə yazılmışdır.
Xalq yaradıcılığının öyrənilməsi sahəsində Beynəlxalq Muğam Mərkəzinin keçirdiyi tədbirlərdən biri kimi bugünkü seminar mühüm kəsb edir. Qeyd edək ki, seminarda təqdim edilən elmi məruzələr Novruzun öyrənilməsində elmi mənbə kimi çıxış edə və gələcək tədqiqatlar üçün yeni perspektivlər aça bilər.
Qeyd etmək lazımdır ki, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i “Beynəlxalq Novruz Günü” elan edilmişdir.
Seminarda aşağıdakı məruzələr dinləniləcəkdir:
1. Giriş sözü: Nailə Rəhimbəyli-sənətşünaslıq üzrə elmlər doktoru, professor
2. Novruz ənənələri milli-mənəvi dəyərlərin sistemi kimi-filologiya üzrə elmlər doktoru, professor Seyfəddin Rzasoy
3. Novruz çərşənbələrinin ritual mahiyyəti və fəlsəfəsi- filologiya üzrə fəlsəfə doktoru Atəş Əhmədli
4. Novruz türk dünyasında-filologiya üzrə elmlər doktoru, professor Füzuli Bayat
5. Azərbaycan bəstəkarların yaradıcılıqlarında bahar mövzusu – əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Elnarə Dadaşova
6. Azərbaycan klassik ədəbiyyatımızda Novruz-filologiya üzrə elmlər doktoru Nizami Muradoğlu
7. Novruz poetik mətnlərdə-filologiya üzrə elmlər doktoru, professor Minaxanım Təkləli

8. Musiqi folklorunda Novruz-sənətşünaslıq üzrə fəlsəfə doktoru Bənövşə Rzayeva

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!