EventsMüsabiqələrMusiqiTəqdimatƏn Son

Beynəlxalq Muğam Mərkəzinin səhnəsində müsabiqənin dinləmələri davam edir

Beynəlxalq Muğam Mərkəzinin dəstəyi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən “CASPİAN ETUDE” I Beynəlxalq Pianoçular Müsabiqəsinin dinləmələri davam edir.
İyunun 2- də Beynəlxalq Muğam Mərkəzində ikinci yaş qrupu üzrə dinləmələrdə 29 iştirakçı səhnəyə çıxdı.Qeyd edək ki, iyunun 1- də start götürən müsabiqə 4 iyun tarixində yekunlaşacaq.
İştirakçıları Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynovun rəhbərlik etdiyi beynəlxalq heyətdən ibarət münsiflər qiymətləndirir. Münsiflərin tərkibinə Joakin Rodriqo adına Valensiya Musiqi Konservatoriyasının professoru Marina Bleyns (İspaniya), Sveşnikov adına Dövlət Akademik Rus Xorunun konsertmeysteri Nikita Volov (Rusiya), tanınmış pianoçu Marko Freydən ibarət Beynəlxalq Münsiflər Heyəti daxildir.
İyunun 4- də Beynəlxalq Muğam Mərkəzində müsabiqənin rəsmi bağlanışı, qaliblərin mükafatlandırma mərasimi və laureatların qala konserti olacaq.
Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!