EventsFaydamız OlsunPsixologiyaTəqdimat

“Övladınızı kompyuter və televizordan çəkindirməyin yolları” adlı görüş keçirilib

“ABC Tədris və İnkişaf mərkəzi”-ndə sağlam və xoşbəxt gələcək  naminə “ Humel Psixologiya mərkəzi” ilə birlikdə valideynlər üçün “Övladınızı kompyuter və televizordan çəkindirməyin yolları” adlı görüş keçirilib.

Tədbir 20 yanvar gününə təsadüf etdiyi üçün ilk öncə müstəqilliyimizə gedən yolda xalqımızın şərəf və qəhrəmanlıq salnaməsini yazan Qanlı 20 Yanvar şəhidləri bir dəqiqəlik sükutla yad edilib.

Uşaqların  kompyuter, telefon və televizora bağlılığının səbəbi, daha geniş məlumat alması, öz aləmlərinin olması, çəkinəcək-qorxacaq birisinin olmamasıdır.  Hamı kimi o da nəyisə öyrənmək, əylənmək istəyir. Üstəlik müasir dövrün tələbləri, məktəbdə tələblərin artması, kompyuter oyunlarının müxtəlifliyi və cazibəsi uşağı cəlb edir. Nəticədə uşaq ətrafdan uzaqlaşır, evə qapanır, ətrafındakılarla ünsiyyət yarada bilmir və araşdırmalar bu cür qapanan uşaqların ciddi psixoloji, sosial problemlərinin olduğunu və belə uşaqların artdığını göstərir. Əylənmək və öyrənmək üçün uşaqlara alternativ təklif etmək, onları başqa cür əyləndirmək lazımdır.

Tədbirdə iştirak edən valideynlərin suallarını “Humel Psixologiya mərkəzi”-nin psixoloqu Taryel Faziloğlu cavablandıraraq qeyd edib ki, uşaqları bu vərdişlərdən çəkindirmək üçün onlarla daima ünsiyyət qurmaq, müxtəlif oyunlar oynamaq, onlar üçün fiziki məşqlər təşkil etmək lazımdır. Həmçinin uşaqlarda kitab oxumaq həvəsini də artırmaq lazımdır.

Tədbir interaktiv şəkildə davam edib, qonaqlar da bu görüşdə öz fəallıqları ilə seçilib.

Qeyd edək ki, “ABC Tədris və İnkişaf mərkəzi”-ndə belə faydalı görüşlərin tez-tez keçirilməsi planlaşdırılır.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!