EventsMusiqiMədəniyyətTəqdimat

Beynəlxalq Muğam Mərkəzində xalq artisti Tükəzban İsmayılovanın xatirəsinə həsr olunmuş konsert keçirilib

Dekabrın 25-də Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində keçirilən konsert görkəmli Azərbaycan müğənnisi, xalq artisti Tükəzban İsmayılovanın xatirəsinə həsr olunmuşdu.
Tədbir Azərbaycan Televiziyası və Radiosu “Mədəniyyət” kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilmişdi.
Konsertdə Tükəzban İsmayılovanın repertuarında olan mahnılar səsləndi. Xalq artisti Teymur Mustafayev – “Maralım”, əməkdar artistlər Arzu Əliyeva – “Yolunu gözləyirəm”, Rəşad İlyasov – “Yar incidi”, Cavanşir Məmmədov -“Ceyranım gəl”, Gülüstan Əliyeva -“Ey pəri”, Firuzə İbadova -“Gəl gözəlim”, Azərbaycan Televiziyası və Radiosunun solistləri Günay İmamverdiyeva -“Bülbüllər oxur”, Rəvanə Əmiraslanlı -“Qaragöz”  və xanəndə Ariz Hüseynov -“Buludlar” mahnılarını ifa etdilər.
Konsert Arzu Əliyeva, Rəvanə Əmiraslanlı və Ariz Hüseynovun birgə ifasında – “Leylam” xalq mahnısı  ilə sona çatdı.
İfaçıları  xalq artisti Ağa Cəbrayıl Abasəliyevin bədii rəhbərliyi altında “Səadət” instrumental ansamblı müşayiət edirdi.
Tədbiri əməkdar artist Rəşad İlyasov aparırdı.
Konsert maraqla qarşılandı və gur alqışlarla sona yetdi.

Qeyd edək ki, Muğam Mərkəzində mugamın, milli və dünya musiqisinin ən gözəl nümunələrinin nümayişi və təbliği istiqamətində həyata keçirilən layihələr və tədbirlər təkmilləşdirilməkdədir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!