EventsIqtisadiyyatTəqdimat

Dünya iqtisadiyyatını dəyişən nəzəriyyə -TRIZ öz Vətəninə qayıdır-Məşhur alimlər Bakıda

Bakıda ilk dəfə “TRIZ Conference and Workshop 2019” konfransı keçiriləcək.

2019-cu il 13-14 aprel tarixlərində Bakı şəhərində Pullman Bakı Otelinin “Auditorium” zalında “Kutvan Project Group”-un təşəbbüsü və təşkilatçılığı ilə “TRIZ Conference and Workshop 2019: The Inventive Method of Problem Solving” konfransı təşkil olunacaqdır. Tədbirdə hökumət nümayəndələri, iş dünyasının, o cümlədən elmi cəmiyyətin nümayəndələri iştirakı edəcək.

Frame.az xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən (ABŞ, İngiltərə, Hollandiya, İsrail, Türkiyə, Hindistan, Latviya, Rusiya) dəvət olunan TRIZ Masterlər və innovasiya sahəsində bir çox uğurlu layihələrə rəhbərlik etmiş mütəxəssislər 2 gün ərzində TRIZ (Теория Решения Изобретательских Задач) nəzəriyyəsi haqqında təqdimatlarla çıxış edəcəklər.

Məruzəçilər haqqında ətraflı məlumatı www.triz.az saytından əldə edə bilərsiniz.

Tədbir iştirakçıları, TRIZ nəzəriyyəsinin müxtəlif fəaliyyət sahələrində tətbiqi imkanları və bu istiqamətdə ölkələrin və şirkətlərin uğur hekayələri haqqında təqdimatlar izləyəcəklər.

Qeyd edək ki, “TRIZ Workshop and Meet-Up 2019” Bakıda, TRIZ-in məmləkətində bu nəzəriyyə ilə bağlı təşkil olunan ilk genişmiqyaslı tədbirdir.

Bu tədbir, hazırda dünyanın qabaqcıl yenilikçi şirkətləri tərəfindən uğurla istifadə edilən TRIZ nəzəriyyəsini Azərbaycanın iş dünyasına və elmi cəmiyyətinə təqdim etmək və bu nəzəriyyəyə maraq oyatmaqla yeni və yaradıcı ideyaların biznesə inteqrasiya olunması, innovasiya əsaslı davamlı inkişafa nail olunması yolunda mühüm töhfələr verəcəkdir.

Biznes dünyası sizdən problemləri innovativ və kreativ şəkildə həll etmənizi tələb edir. TRIZ konfransında iştirak etməklə, hansı sahədə olmağınızdan asılı olmayaraq Yaradıcı Problem Həlletmə üsullarını öyrənəcəksiniz.

Tədbir və bilet satışı haqqında ətraflı məlumatı www.triz.az saytından əldə edə bilərsiniz.

Qeyd edək ki, TRİZ nəzəriyyəsinin əsası ömrünün 60 ilini Bakıda yaşamış alim Henrix Altşüller tərəfindən qoyulub.

Dünyanın “Rolls Roys”, “Ford”, “Deymler-Krisler”, “Boinq”, “Hevlett Packard”, “Motorola”, “General Elektrik”, “Kodak” kimi məşhur şirkətləri onun nəzəriyyəsindən çox yararlanıb.

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!