Tennis

Bütün dünyada məşhur olan bu oyun 1896-cı ildən etibarən Olimpiya oyunları’nın proqramına daxil edilmişdir.

Tennis meydançası kort adlanaraq 3 zonaya bölünür: Gil zonası (qırmızı və yaşıl), bərk zona (o cümlədən sement və yə asfalt) və ot zonası.

Kort – Tennisdə rəqiblər kort adlanan meydanda mübarizə aparırlar. Bu meydan dördbucaqlı formasında olur və futbolda olduğu kimi iki hissəyə bərabər ölçüdə bölünür. Əgər futbolda meydanı mərkəz xətti ayırırsa tennisdə bu funksiyanı xüsusi setka daşıyır. Bu setkanın uzunluğu 12,8 metr, hündürlüyü isə 1,07 metr olmalıdır.Setkada olan kvadrat şəkilli boşluqların hər birinin sahsəi 40 millimetr olmalıdır. Bu qəbul olunmuş beynəlxalq standartlardır.

Raketka – Oyunçular topa zərbə vurmaq üçün raketka adlanan alətdən istifadə edirlər. Raketka tutacaq və qalın tor təbəqəsindən ibarət olur. Bir-birinə rəqib olan oyunçular meydanın ayrı-ayrı hissələrində qərarlaşırlar. Oyun zamanı oyunçulardan biri ötürücü vəzifəsində çıxış edərək topu o biri oyunçuya ötürür. Digər oyunçu isə qəbuledici rolunda olur. Bu hərəkətlə oyunda mübarizəyə start verilir. Əsas məqsəd ondan ibarətdir ki, oyunçu topu rəqib olan sahəyə elə vurmalıdır ki, top lazım olan hissəyə toxunsun. Bir şərtlə ki, rəqib oyunçu buna cavab zərbəsi vura bilməsin.

Oyunçunun digər məqsədi ondan ibarətdir ki, ona tərəf gələn topu eyni qaydaya əsaslanaraq qarşı tərəfə vursun. Bir şərtlə ki, top onun sahəsində yerə birdən (1-dən) çox dəyməməlidir. Top iki dəfə (2 dəfə) yerə dəyərsə onda xal rəqib oyunçuya veriləcək. Topu yerə dəymədən də vurmaq olar. Bu bir qədər çətin olur. Buna baxmyaraq ən yaxşı üsul cəld tərpənərək göydə gələn topu elə göydə zərbə vurmaqla qarşı tərəfə yollamaqdır.

Adətən tennisə bütün turnirlər və yarışlar 2 yerə bölünür. Qadınların mübarizə apardığı yarışlar və kişilərin mübarizə apardığı yarışlar.

Tennisə nüfuzlu turnirlərin əksəriyyəti 1-1 sistemində yəni təkbətək şəkildə olur. Buna baxyaraq dünyada 2-2 (hər komandada 2 oyunçu) sistemi ilə keçirilən yarışlar da olur. Az hallarda olmasına baxmyaraq Bbzən isə müəyyən qruplar arasında (uşaqlar, gənclər, veteranlar və s.) olan yarışlar keçirilir. Bəzi yerlərdə isə əlillər üçün nəzərdə tutulmuş turnirlər keçirilir.

Dünyada ən geniş yayılmış turnilər isə iki tipə bölünür – ATP (kişilər üçün) və WTA (qadınlar üçün). Bu tip turnirlərdə qalib gələn iştirakçılar pul mükafatları və dünya reytinqini müəyyən edən xallar qazanırlar. Dünyada ən prestijli tennis turniləri “Böyük Dəbilqə” adı ilə keçirilir.

“Böyük Dəbilqə” adlanan ən nüfuzlu turnirlər siyahısına cəmi 4 turnir (Açıq Avstraliya çempionatı, Açıq Fransa Çempionatı, Açıq ABŞ çempionatı və Vimbildon (İngiltərə) turniri) daxildir. Bu 4 turnirdə qalib gələn iştirakçılar daha çox xal qazanır.

Pərvin Bayramov

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: